Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə37/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

da qərb ilə şərqin fəlsəfi 
fikrində 


35 
fərqlər 
təzahür etmişdir. Şərq fəlsəfəsində insanın kainat (kosmos) 
mənşəli olması fikri əsas yer tuturdu. Bütün sosial məsələlər (cəmiyyətin 
keçmişi, indiki dövrü və gələcəyi) bu mövqeyə əsaslanmaqla həll olunur-
du. Hətta insanların öz- özünü təkmilləşdirməsi və başqalarını idarə edə 
bilməsi üçün zəruri olan ümumbəşəri dəyərlərə malik olmağın vacibliyi də 
həmin nöqteyi- nəzərdən çıxış edirdi (bu münasibətdə konfusinin 
tə‟limində Səmanın həlledici rolunu yada salmaq kifayətdir). Qədim yu-
nan və 
roma məktəblərində isə sosial fəlsəfə daha geniş miqyasda 
müzakirə olunurdu. Burada Demokritdən başlayaraq demək olar ki, bütün 
filosoflar dövlət, qanun, idarəçilik, müharibə və sülh, arzu, mənafe, 
hakimiyyət, cəmiyyətdə əmlak bölgüsü və sair məsələlərə geniş diqqət 
yetirirdilər. Bundan əlavə Qərb fəlsəfəsində sosial problematika, insan 
problemi cəmiyyət ilə sıx vəhdətdə götürülürdü (məsələn, Demokritin 
ayrıca bir insanın ehtiyacının ümumi cəmiyyətin ehtiyacından ayrılmaz 
olduğu fikri, Platonun dövlət rəhbərinin şəxsiyyətinə verdiyi tələblər, onun 
və Aristotelin ideal dövlət tə‟limləri və sair). 
Yuxarıda deyilənlərdən görünür ki, şərq və qərbin ilk fəlsəfi 
tə‟limləri müvafiq surətdə 
bu iki sivilizasiyanın simasını ifadə etmişdir

Şərq sivilizasiyasının mə‟nəviyyatında insanın varlığı, onun özünüdərki və 
özünütəkmilləşdirməsi ilə bağlı məsələlər mühüm yer tuturdu. Lakin belə 
təsəvvür olunurdu ki, bu məsələlər dünyadan uzaqlaşmaq yolu ilə həll 
olunmalıdır. 
Qərb sivilizasiyası 
isə bütövlükdə dəyişikliklərə, müxtəlif 
istiqamətli həqiqət axtarışlarına daha həssas olması ilə səciyyələnir. Bura-
da ateist, intellektual və praktiki səpkili irəliləyişlər daha sür‟ətlə 
getmişdir. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin