Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


hər bir tarixi dövrdə fəlsəfi biliklərin spesifikliyinin



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə33/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

hər bir tarixi dövrdə fəlsəfi biliklərin spesifikliyinin 
öyrənilməsi 
fəlsəfənin öz inkişafında sosial- mədəni amillərlə nə dərəcədə şərtləndiyini 
göstərir. Bu həm də müvafiq dövrün hakim təfəkkür üsulunun 
ən‟ənəvi 
fəlsəfi problemlərə münasibətini və gətirdiyi yenilikləri 
araşdırmaq 
baxımından lazımdır. Fəlsəfə tarixi ilə tanışlıq sübut edir ki, müxtəlif 
dövrlərdəki ayrı- ayrı tə‟limlərin özünəməxsusluqlarına baxmayaraq 
fəlsəfi fikrin inkişafında varislik mövcuddur. Bu isə tarixi- fəlsəfi prosesin 
vəhdətdə olduğunu göstərir. 
Fəlsəfənin çox qədim tarixi vardır. Onun yaranması adi gündəlik 
həyatda sanki aydın görünən və qəbul edilmiş məsələlər haqqında 
düşünmək zərurəti 
ilə bağlıdır. Bu o deməkdir ki, onların kor- koranə 
qəbul edilməsi artıq kifayət etmir, buna şübhə yaranır. 
Ən‟ənəvi 
təsəvvürlərə şübhə ilə yanaşılması 
ictimai həyatda və şüurda ciddi 
ziddiyyətlərin və münaqişələrin baş verdiyi dövrün məhsuludur. Təsadüfi 
deyildir ki, fəlsəfə lap əvvəldən adətlərin, adi gündəlik təsəvvürlərin, 
ən‟ənəvi dəyərlərin və əxlaq normalarının tənqidçisi kimi çıxış etmişdir. 
Lakin ilk filosoflar mənsub olduqları sosial birliyin mədəni ən‟ənələrini, 
əxlaq və adətlərini tənqid edərkən onları tamamilə kənara atmırdılar. Bu 
halda üçtərəfli proses baş verirdi: 
əvvəla
, bə‟zi ən‟ənələr müdafiə edilir və 
genişləndirilir, 
digərləri dəyişdirilir
, onlara düzəlişlər verilir, üçüncülər 
isə köhnəlmiş və zərərli hesab edilirdi. 
Beləliklə mifoloji dünyagörüşündən fəlsəfəyə keçid 
tarixi tələbatın 
nəticəsi 
olmuşdur. O 
aşağıdakı sosial, iqtisadi və mə‟nəvi amillər ilə 


33 
şərtlənirdi
: bürünc alətlərin dəmir ilə əvəz olunması; aqrar istehsalın və 
sənətkarlığın inkişafı; icma quruluşunun dağılması, xüsusi mülkiyyətin, 
siniflərin və dövlətin yaranması; əmək bölgüsü və əmtəə- pul 
münasibətlərinin meydana gəlməsi; insanların praktiki fəaliyyətində və 
dünyagörüşündə elmi ünsürlərin çoxalması. Bu müqəddəm şərtlər göstərir 
ki, 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin