Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə31/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

ümumbəşəri fəlsəfi 
dəyərlərə müraciət
edir, onlardan faydalanırlar. Bununla yanaşı milli 
fəlsəfənin mövcudluğu və inkişafı ümumdünya fəlsəfəsinə münasibətdə 
müəyyən nisbi müstəqilliyə malikdir. Belə ki, hər bir millət birinci 
növbədə onun varlığını və inkişaf səviyyəsini əks etdirən fəlsəfi 
təsəvvürlər sistemi yaradır. 
Bu mə‟nada milli fəlsəfə milli özünüdərkin 
nəzəri əsası rolunu oynayır
. Sovet rejimi dövründə fəlsəfi fikirdə 
ehkamçılıq, əzbərçilik, ideologiyalaşma hökmranlıq edirdi. Bu, fəlsəfədə 
əsl yaradıcılığa mane olur, xüsusən də milli fəlsəfənin inkişafına əngəl 
törədirdi. 
Milli müstəqillik əldə olunduqdan 
sonra milli fəlsəfənin 
inkişafı üçün real şərait yaranır. Elmin demokratikləşməsinə, sərbəst 
düşüncəyə, fikir plüralizminə geniş meydan verilir. Bunu müasir 
Azərbaycanda fəlsəfənin inkişafı nümunəsində də yəqin etmək olar. 
Fəlsəfi biliyin 
daxili məzmunu
çox mürəkkəbdir. Burada aşağıdakı 
tərkib hissələri ayırmaq olar: 
1) 
Varlıq haqqında tə‟lim (ontologiya)
varlığın ən ümumi 
problemlərini öyrənir: varlıq və qeyri- varlıq, maddi və ideal varlıq (mate-
riya və şüur); təbiətin, cəmiyyətin və insanın varlığı; materiya və onun 
atributları. 
2) 
Bilik, idrak haqqında tə‟lim (qnoseologiya) 
aşağıdakı 
məsələləri əhatə edir: dünyanın dərk olunanlığı; idrakın imkanları və 
məqsədi; idrakın obyekti və subyekti; biliyin strukturu və dinamikası; 
həqiqət problemi, onun təbiəti və dialektikası. 
3) 
Elmi idrak nəzəriyyəsi (epistemiologiya)
elmi kompleks 
şəkildə öyrənir. Buraya aşağıdakı məsələlər daxildir: elmə bilik kimi, 
fəaliyyət kimi, sosial institut, akademiya, sistem və elmi- texniki inqilab 
kimi yanaşılması; elmi idrakın strukturu; elmi idrakın metodları; elmi 
tərəqqi; 
4) 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin