28
özünün inkişafı nəticələrinə əsaslanmaqla yerinə yetirir. Getdikcə daha
çox aydın olur ki, fəlsəfə dünyanın nəzəri mənzərəsini mücərrəd əqli
mühakimələr vasitəsilə deyil, konkret elmi biliklərlə birlikdə, onların
nəticələrini ümumiləşdirmək yolu ilə yaratmalıdır.
Fəlsəfə ilə konkret elmlərin münasibətini açmaq cəhdi ilk dəfə
Aristotel tərəfindən göstərilmişdir. O, qeyd edirdi ki, konkret hadisələri
öyrənən xüsusi elmlərdən fərqli olaraq fəlsəfə ən ilkin səbəblər, ilkin
prinsiplər, varlığın ən ümumi əsasları haqqında tə'limdir. Buna görə də
fəlsəfə xüsusi elmlərdən daha güclüdür, o, elmlərin ağasıdır, başqa elmlər
isə onun köləsi vəziyyətindədir. Fəlsəfəyə bu cür baxış əsrlər boyu davam
etmişdir. Hətta XIX əsrdə yaşamış klassik alman fəlsəfəsinin görkəmli
nümayəndəsi Hegel də bu mövqedən çıxış edərək fəlsəfənin «elmlər kralı»
və ya «elmlər elmi» adlandırmışdır. Elmi biliklərin sonrakı inkişafı
dövründə –XIX əsrdə, xüsusilə də XX əsrdə fəlsəfənin əhəmiyyəti, rolu
haqqında buna tam əks olan fikirlər irəli sürüldü. Məsələn, bu dövrün
fəlsəfi cərəyanlarından biri –pozitivizm, fəlsəfənin idrakı imkanlarını,
elmiliyini şübhə altına alır. Bu cərəyanın tərəfdarları iddia edirlər ki,
fəlsəfə yetkin elmi idrakın olmadığı dövrdə elmilik iddiasında ola bilərdi.
Indi isə elm inkişaf edib yetkin səviyyədədir. Buna görə də fəlsəfənin
idrakı iddiaları əsassızdır. Hər bir elm özü üçün fəlsəfədir.
Qeyd edək ki, buna bənzər iddialar bəzi filosoflar və konkret
elmlərin nümayəndələri arasında hələ də özünə yer tutur. Onlar öz
fikirlərini əsaslandırmaq üçün belə dəlillər gətirirlər: guya fəlsəfənin sırf
özünə xas olan ayrıca predmeti yoxdur, o, eksperimental vasitələrə,
mö‟təbər təcrübəyə arxalanmır, həqiqəti yalandan seçmək üçün inandıcı
vasitələrə malik deyildir.
Lakin əslində fəlsəfənin elmiliyinə qarşı sürülən bu cür ittihamlar
əsassızdır. Elmin sosial funksiyasını həddən artıq şişirdib, onu
mütləqləşdirən bu cür baxışlar (ssiyentizm), onun insan həyatında, tarixdə
rolunu səhv izah edir, fəlsəfənin spesifikliyini görmür.
Fəlsəfə ilə konkret elmlərin əlaqəsi həm də buna görə zəruridir ki,
Dostları ilə paylaş: