37
etmişdilər. Onlar həm də bir sıra xəstəlikləri müalicə etməyi
öyrənmişdilər. Bu cür ümummədəni yüksəliş zəminində fəlsəfi təsəvvürlər
də təşəkkül tapmışdır. Onların ilk nümunələri şumer dastanları və
hekayələrində ifadə olunmuşdur. Burada cəmiyyət haqqında, davranış
normaları və siyasət haqqında maraqlı fikirlərə rast gəlinir. Məsələn, bu
günə qədər gəlib çıxmış
«Bilqamıs»
(hər şeyi bilən adam) dastanı dünya
mədəniyyətinin nadir incilərindən biridir. O təxminən e.ə. VI- II
minilliklərdə formalaşmışdır. Dastanda dostluq, xeyirxahlıq, əbədi həyat
axtarmaq, dirilik suyu tapmaq motivləri əsas yeri tutur. Qədim şumerlilərə
görə insan həyatı müvəqqətidir. Insan gec- tez ölməlidir.
Qədim Babilistanın digər bir ədəbi
Dostları ilə paylaş: