23
və inkişafının əsasını təşkil edir. Cəmiyyətin yaşadığı indiki keçid
dövründə, ictimai həyatda özünü göstərən, qeyri- stabillik halları və
çətinliklər, köhnə davranış stereotiplərinin və ideallarının əsaslı surətdə
yeniləşməsi humanistləşməni daha da zəruriləşdirir.
Fəlsəfənin digər dünyagörüşü funksiyası
sosial- aksioloji funksiya
adlanır. Onun mahiyyəti aşağıdakından ibarətdir. Yuxarıda qeyd edildiyi
kimi fəlsəfə insanlarda ətraf aləmə düzgün qiymətverici münasibət
aşılayır, onları əhatə edən hadisə və proseslərə əsas dəyərlər (həqiqət,
xeyirxahlıq, ədalət və gözəllik) baxımından yanaşır. Beləliklə də o
şəxsiyyətin dəyərlər oriyentasiyasının və ictimai idealının formalaşmasına
müsbət tə‟sir göstərir.
Fəlsəfənin
eksplikasiya
(üzə çıxarmaq, aşkar etmək deməkdir)
funksiyası da çox mühümdür. Bu, o deməkdir ki, fəlsəfə müəyyən konkret
mədəniyyətin və bütövlükdə insanların ictimai həyatının əsasında duran ən
ümumi anlayışları, ideyaları, təsəvvürləri, təcrübə formalarını üzə çıxarır.
Belə ümumi kateqoriyalara, universal anlayışlara misal olaraq varlıq,
materiya, dəyişilmə, inkişaf, səbəb və nəticə, təsadüf və zərurəti və
onlarca başqalarını göstərmək olar. Real gerçəklikdəki hadisə və proseslər
arasındakı ən ümumi əlaqələri və münasibəti ifadə edən bu
kateqoriyalarsız nə gündəlik həyatda, nə də elmdə və praktiki fəaliyyətin
heç bir sahəsində keçinmək mümkün deyildir. Onlar təfəkkür prosesinin
zəruri tərəfini təşkil edir.
Eksplikasiya funksiyası ilə yanaşı, fəlsəfə
Dostları ilə paylaş: