Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə18/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

ən ümumi tərəfləri 
öyrənir. Bu momentə 
lazımi diqqət yetirilmədikdə dolaşıqlıq baş verə bilər. Çünki ümumilikdə 
götürdükdə digər elmlərin predmeti də bu və ya digər dərəcədə dünya- 
insan və insan- dünya münasibətlərinə aiddir. 
Maddi ilə mə‟nəvinin, obyektiv ilə subyektivin, materiya ilə şüurun 
münasibəti məsələsi fəlsəfədə mərkəzi yeri tutur. Onun izahında 
iki 
istiqamət (materializm və idealizm) 
mövcuddur. Birinci baxışın 
tərəfdarları (materialistlər) göstərirlər ki, obyektiv varlıq, materiya ilkin-


20 
dir. Şüur, ideya ikincidir, ondan törəmədir. Dünyanı şüurdan, ruhdan çıxış 
edərək izah edən tə‟lim isə 
idealizm 
adlanır. Bu cərəyanların hər biri öz 
növbəsində müxtəlif formalara ayrılır. Belə ki, materializmin sadəlövh, 
mexaniki, metafizik, antropoloji, dialektik və sair növlərini göstərmək 
olar. Eynilə də idealizm daxilən yekcins olmayıb obyektiv və subyektiv 
formalara bölünür. Müasir dövrdə isə onun rasionalizm və irrasionalizm 
növləri geniş yayılmışdır. Yeri gəlmişkən qeyd edək ki, 
sovet dövründə 
yazılmış fəlsəfi kitablarda materializm ilə idealizmin münasibətləri 
bəsit izah olunurdu
. Göstərilirdi ki, guya fəlsəfənin bütün tarixi bu iki 
cərəyan arasında barışmaz mübarizə tarixidir. Əlbəttə müəyyən dövrlərdə 
onlar bir- birinə qarşı çıxış etmişlər. Lakin buna əsasən belə nəticə 
çıxarmaq olmaz ki, müəyyən məsələlərin həllində onlar arasında 
yaxınlaşma və hətta bir- birinə nüfuz etmə halları olmamışdır. Məsələn, 
deizmə həm materialistlər (F.Bekon, C.Lokk), həm idealistlər (Q.Leybnis) 
və hətta dualistlər də (R.Dekart) qoşulurlar. Yaxud da dünyanın dərk 
olunanlığını qəbul edənlər arasında materialistlərlə yanaşı idealistlər 
(məsələn Hegel) də vardır. Və əksinə aqnostiklər (dünyanın dərkini inkar 
edənlər) həm materialistləri (Demokrit), həm də idealistləri (Kant) təmsil 
edirlər. 
Deyilənlərdən aydın olur ki, materializm ilə idealizmin qarşılıqlı 
münasibətləri mürəkkəb xarakter daşıyır. Xüsusilə də 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin