Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə17/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

II FƏSIL 
FƏLSƏFƏ NƏYI ÖYRƏNIR?
FƏLSƏFƏNIN FUNKSIYALARI 
 
1. Fəlsəfənin predmeti 
Yuxarıda qeyd olunduğu kimi fəlsəfi dünyagörüşün əsasında 
«dünya- insan» münasibətləri 
durur. O, çoxtərəfli universal problemdir. 
Bu problem hər bir konkret fəlsəfi məsələnin ümumi əsasıdır. Deməli 
fəlsəfənin məşğul olduğu problemlər hər şeydən əvvəl özünün ən ümumi 
və geniş xarakterə malik olması ilə səciyyələnir. Digər tərəfdən onlar bir 
növ əbədi problemlərdir 
(dünya, insan, həyatın mə‟nası, azadlıq və sair). 
Fəlsəfi problemlərin əbədi xarakteri o demək deyildir ki, onların 
mə‟nalandırılmasında heç bir tərəqqi baş vermir. Əksinə onlar hər bir ta-
rixi dövrün xarakterinə uyğun şəkildə çıxış edir. Başqa sözlə bu 
problemlər bir yerdə dayanıb durmur, daim yeniləşir. Ümumilikdə 
fəlsəfənin predmetinə aşağıdakı kimi tə‟rif vermək olar. 
Fəlsəfə «dünya- insan» münasibətləri sisteminin ən ümumi 
tərəfləri, 
varlığın 
və 
idrakın 
ümumi 
prinsipləri 
və 
qanunauyğunluqları haqqında elmdir. 
Bu münasibətlər bir- birilə sıx əlaqəli, lakin nisbi müstəqil 
iki 
yarım- sistemə (dünya və insan) 
ayrılır. Onların hər biri öz növbəsində 
bir sıra tərəflərə bölünür. Məsələn, 
birincidə
dünya binasının quruluşu, 
burada fəaliyyət göstərən ən ümumi qanunlar və onların təsadüflərlə 
münasibəti, 
ikincidə isə insan və cəmiyyət münasibətləri
, cəmiyyət 
vasitəsilə insanın dünyaya münasibəti mühüm yer tutur. Dünya- insan 
sxeminə daxil olan bütün tərəflər arasında qarşılıqlı münasibətlər 
aşağıdakı 
dörd səpkiyə malikdir: ontoloji, qnoseoloji, aksioloji və 
mə‟nəvi- praktiki
. Birinci səpki dünya, materiya ilə insanın, onun 
şüurunun münasibətini izah edir. Digər səpkilər subyekt- obyekt (insan- 
dünya) münasibətlərinin müvafiq tərəflərini göstərir. 
Fəlsəfənin predmeti ayrı- ayrı xüsusi elmlərin predmetindən birinci 
növbədə bununla fərqlənir ki, o insanın dünyaya və dünyanın insana 
münasibətində özünü göstərən 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin