belə bir momenti irəli gəlir: fəlsəfi problemlərin həlli onların keçmişinin ümumiləşdirilməsinə, müasir vəziyyətinin təhlil edilməsinə və gələcəyinin proqnozlaşdırılmasına əsaslanır. Yuxarıda qeyd olundu ki, cəmiyyətdə obyektiv ilə subyektiv, varlıq
ilə şüur, maddi ilə mə‟nəvi bir- birilə sıx əlaqədə və çulğaşmış şəkildə
çıxış edir. Bu, təbiidir, çünki insanların yaratdığı bütün ne‟mətlər
(maşınlar, arxitektura nümunələri, incəsənət inciləri və s.) öz təbiətinə
görə insanın əməyinin, vərdiş, bilik və yaradıcılığının maddiləşmiş
təcəssümüdür. Lakin fəlsəfə, tarixi prosesi öyrənərkən maddi ilə
mə‟nəvinin, real olanla təfəkkürdə olanın fərqliliyini də qeyd edir, onları
bir- birindən ayırır. Buna görə də
fəlsəfi problemlər ikili təbiətə malik- dir , bir növ qütbləşmiş şəkildə (subyekt- obyekt səpkisində) çıxış edir.
Fəlsəfi təfəkkür insanların ictimai- tarixi həyatını təhlil edərkən təkcə
gerçəklik haqqında həqiqəti deyil, həm də gerçəkliyi təhrif edən
təsəvvürləri, deformasiyaları izah edir. Beləliklə də o problemin obyektiv
məzmununun təhrifini aradan qaldırmağa çalışır. Bununla əlaqədar olaraq
öyrənilən obyektə tənqidi münasibət bəslənilməsi fəlsəfi təfəkkürün
mühüm tərəfidir.
Demokratik cəmiyyətin qurulmaqda olduğu müasir dövrdə
fəlsəfi təfəkkürün tarixiliyi prinsipinə riayət olunması , fəlsəfənin real həyatla
ayrılmaz əlaqəsinin tə‟min edilməsi xüsusilə vacibdir. Belə ki, mücərrəd,
qapalı xarakterli fəlsəfə siyasi- iqtisadi və mə‟nəvi həyatda baş verən
əsaslı dəyişiklikləri, köhnə stereotiplərin ləğv olunması prosesini, demo-
kratiya və aşkarlığın inkişafını tam əks etdirə bilmir. Cəmiyyətimizin ta-
rixinin indiki dönüş mərhələsində
fəlsəfənin gerçəkliyə münasibətini dəyişdirmək , onu mürəkkəb həyat problemlərinin həllinə yönəltmək tələb
olunur. Bu mə‟nada fəlsəfənin əsl sosial- tarixi bilik, həyatla daimi əlaqəli
dünyagörüşü olması indi həmişəkindən daha vacibdir. Başqa sözlə deyilsə,
yeni şəraitdə qarşıda duran problemləri həll edə bilməsi üçün