11
sözlə
dünyaduyumu
və ya dünyanı hissetmə də adlanır. Həmin mərhələ
dünyagörüşünün ümumi məzmununda mühüm əhəmiyyət kəsb edir. Belə
ki, dünyagörüşü təkcə ehtirassız və neytral biliklər yığımından ibarət
deyildir. Həyat hadisələrinin insanlarda yaratdığı
müxtəlif hiss və
həyəcanlar, müsbət və mənfi emosiyalar burada çox mühüm yer tutur.
Insanların sosial vəziyyətini, milli xüsusiyyətlərini,
mədəni səviyyəsini,
fərdi psixoloji, iradi keyfiyyətlərini səciyyələndirən dünyanı hissetmə
səviyyəsi, bütövlükdə dünyagörüşünə əhəmiyyətli dərəcədə tə‟sir göstərir.
Mə‟nəvi- əxlaqi hisslər (həya, vicdan əzabı, mə‟nəvi borc,
mərhəmət,
başqasının halına yanmaq və s.) hər bir dövrdə insanların dünyagörüşünün
mühüm tərəfini təşkil edir.
Dostları ilə paylaş: