Informasiya sistemləRİ


Istifadəçilərlə qarşılıqlı əlaqə



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə33/41
tarix13.12.2023
ölçüsü0,56 Mb.
#175872
növüMühazirə
1   ...   29   30   31   32   33   34   35   36   ...   41
INFORMASIYA-SİSTEMLƏRI-VƏ-VB

3. Istifadəçilərlə qarşılıqlı əlaqə.
VBA-nın funksiyalarına istifadəçilərlə qarşılıqlı 
əlaqələri, onlara lazım olan verilənlərin VB-da olmasını təyin etmək, xarici təsvir 
dillərində sorğuların təsvirini yaratmaq və ya bu işdə istifadəçilərə kömək etmək də 
daxildir. Bundan əlavə, hər bir xarici sxemlə konseptual sxem arasında əks olunmanı da 
təyin etmək lazımdır. Praktikada verilənlərin xarici təsvir dili bu əksolunmanı təyin edən 
vasitələrə malik ola bilər. lakin xarici sxem və onun konseptual sxemdə əksi bir-birindən 
ayrılmalıdır. Xarici sxem və onun əksi ilkin və obyekt formalarında mövcud olur. 
Istifadəçilərlə qarşılıqlı əlaqənin digər cəhəti tətbiq edilmələrin işlənib hazırlanması, 
texniki təlimdə və istifadəçilərə xidmətdə yaranan problemlərin həllinə kömək etməkdir. 
4. Verilənlərin təhlükəsizliyi və tamlığı.
Verilənlərin təhlükəsizliyi və tamlığını təmin 
edən qaydalara konseptual sxemin bir hissəsi kimi baxılır. Verilənlərin konseptual təsvir 
dili bu qaydaların təyini üçün vasitələrə malik olmalıdır. 
5. Ehtiyat surətinin çıxarılması və bərpaetmə proseduru. 
Insanın səhvi özündən, 
kompüterin və ya əməliyyat sitemin nasazlığından VB-nın hə hansı bir hissəsinin 


zədələnməsi zamanı verilənlərin minimal vaxtda və sistemin sistemin digər hissələrinə 
təsir etmədən bərpa olunması çox vacib məsələdir. Ideal halda zədələnməyən verilənlərə 
toxunulmamalıdır. 

Verilənlər bazası adminstratoru verilənlərin bərpası üçün səmərəli üsul təyin etməli və 


yerinə yetirilməlidir. Belə nəticəyə gəlmək olar ki, verilənlər yığımının bir bazada yox, 
bir neçə bazada saxlanması daha məqsədəuyğundur.
6.
Məhsuldarlığın təmini və dəyişilən tələblərə reaksiya.
Verilənlər bazasının 
adminstratoru (VBA) sistemin elə təşkilini təmin etməlidir ki, o bütün müəssisə üçün 
məhsuldarlığı təmin etsin və dəyişilən tələblərə uyğun yenidən qurula bilsin. Sistemin 
istismarı zamanı məhsuldarlıq səviyyəsini saxlamaqla, verilənlər bazasının (VB) 
mərhələ-mərhələ yenidən təşkilinə ehtiyac ola bilər. fiziki səviyyədə aparılan 
dəyişikliklər konseptual səviyyədə əksolunmanın dəyişilməsini tələb edir, lakin bu halda 
konseptual sxem dəyişilməyə bilər. VBA bir mütəxəssis kimi ciddi tələblər qoyur. O, 
informasiya texnologiyası üzrə yüksək səviyyəyə malik olmalıdır ki, verilənlərin 
strukturunu, təşkil və emal üsullarını, dil və proqram vasitələrini araşdıra bilsin və düzgün 
qərarlar qəbul etsin. VB-nın adminstratoru həmiçinin verilənlərin aid olduğu müəssisənin 
işini yaxşı təsəvvür etməli və verilənlərdən necə istifadə olunmasını bilməlidir. Bir sözlə, 
VBA texniki bilikdən əlavə tətbiq sahəsini yaxşı bilmək, istifadəçilərlə ünsiyyəti 
bacarmaq və alternativ halları standart prosedurlara tabe etmək tələb olunur. Hazırda 
VBİS-in inkişafında perspektiv sahələrdən biri VBA-nın bəzi funksiyalarının 
avtomatlaşdırılmasıdır. Buna baxmayaraq, VB-də müxtəlif istifadəçilərə xidmət 
edildiyindən və onların sorğularında tələb olunan verilənlərin təsviri bir-birindən 
fərqləndiyindən həmçinin bu sorğuların çox vaxt ayrı prosedur xarakter daşıması 
səbəbindən, VBA rolu əvəzsizdir.



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin