Informasiya sistemləRİ



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə29/41
tarix13.12.2023
ölçüsü0,56 Mb.
#175872
növüMühazirə
1   ...   25   26   27   28   29   30   31   32   ...   41
INFORMASIYA-SİSTEMLƏRI-VƏ-VB

Verilənlərin lüğəti
və ya metaverilənlər bazası tətbiq sahəsini əhatə edən obyektlər, 
onların atributları, obyektlər arasındakı qarşılıqlı əlaqələr, verilənlərin alınma mənbələri, 


mümkün qiymətlər dairəsi, təsvir formatları, istifadəçilər və onların sorğuları və s. 
haqqında məlumatı mərkəzləşdirilmiş şəkildə özündə saxlayır.
Hər bir müəssisə və təşkilatlarda verilənlər bazasının tətbiqi uzun vaxt tələb edir. 
Tətbiq proqramlarının yaradılması və inteqrallaşdırılması ilə əlaqədar olaraq verilənlər 
bazası genişləndirilir. Yeni verilənlər daxil edilir, köhnələri isə silinir və ya dəyişdirilir. 
Verilənlərin lüğəti bütün bu dəyişikliklər və ümumiyyətlə, verilənlər ehtiyatları haqqında 
informasiyanı özündə saxlayır.
Verilənlərin lüğəti istifadəçilərə və adminstratora aşağıdakı funksiyaların yerinə 
yetirilməsində kömək edir: 

Istifadəçilər haqqında məlumatın əldə edilməsi və onlar arasında əlaqə yaradır. 

Sistemə eyni verilənlərin daxil edilməsi və ya mövcud verilənlərin təsvirinin 
dəyişdirilməsi ilə əlaqədar olaraq məlumatın alınması. 

Verilənlərdə təkrarlanmaların azaldılması və ziddiyyətlərin aradan qaldırılması. 

Tipik sorğular, menyular və çıxış sənədləri haqda məlumatın əldə edilməsi . 

Verilənlərdə edilən dəyişikliklərin bütövlükdə VB-yə təsir dərəcəsinin təyini. 

VB-nın yaradılması və genişləndirilməsini sadələşdirmək məqsədilə verilənlərin 
idarə olunmasının mərkəzləşdirilməsi. 
Göründüyü 
kimi,verilənlərin 
lüğətinin 
əsas 
vəzifəsi 
verilənlərin 
sənədləşdirilməsindən ibarətdir. Metaverilənlər bazasının təşkili və istismarı da müəyyən 
dil, proqram və təşkilatları tələb edir. Metaverilənlər bazasının yaradılması və istismarı 
VB-nın adminstratorunun funksiyalarına daxildir.
Çoxbazalı sistemlərdə metaverilənlər bazasında həmçinin verilənlər bazaları və onlar 
arasındakı əlaqələr haqqında da məlumat olur. Bundan əlavə, hansı proqramın və ya 
istifadəçinin hansı verilənlər bazasından istifadə etdiyi, verilənlərin mühafizə kodu və 
onlara müraciətin məhdudluğu haqqında informasiya da qeyd olunur.



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin