24. Sorğu və onun növləri Verilənlərə müraciət etmək üçün adətən
sorğulardan (cапросы - query) istifadə olunur.
Sorğularla işləmək sürətlidir və onlar təhlükəsizlik baxımından etibarlıdır.
Bir cədvəl üçün bir neçə sorğu formalaşdırmaq olar. Hər bir sorğu cədvəldə saxlanılan
informasiyanın yalnız ona lazım olan hissəsini seçib götürə bilər. Sorğu nəticəsində ilkin
verilənlər bazasının əsasında
yekunlaşdırıcı cədvəl yaradılır.
Bu cədvəldə yalnız sorğuya
uyğun olan verilənlər toplanır.
Sorğular xüsusi qaydalara uyğun yazılır. Bu qaydaların toplusuna
sorğu dili (query
language)
deyilir.
Cədvəldə lazım olan verilənləri tez tapmaq üçün süzgəc , xüsusən genişləndirilmiş
süzgəc gözəl bir vasitədir. Ancaq təkcə verilənlərə baxmaq deyil, eyni zamanda onları
hər hansı qaydada emal etmək zərurəti yarandıqda süzgəc yetərli olmur. Bu cəhətdən
sorğuların bir sıra üstünlükləri var:
Sorğunu eyni zamanda bir neçə cədvələ tətbiq etmək olar;
Ekrana yalnız lazım olan sahələri çıxarmaq olar;
Sorğu nəticəsində alınan yekun cədvəldə sahələrin ardıcıllığını dəyişmək olar;
Ekrana yalnız zəruri olan sayda yazı çıxarmaq olar.
Aşağıdakı sorğu növlərini yaratmaq mümkündür:
Seçim – bu sorğu bir və ya bir neçə informasiya mənbəyindən – cədvəldən və ya
sorğudan yalnız tələb olunan informasiyanın baxış üçün əldə olunmasını təmin edir.
Kəsişən – praktikada informasiyanın analizi məqsədilə verilənləri bir neçə əlamətə
görə qruplaşdırmaq və nətiçənin xüsusi şəkildə əks olunması tələb oluna bilər. Məhz bu
məqsədlə MS Access-də kəsişən sorğular nəzərdə tutulmuşdur.
Dəyişdirici – bu sorğular bir neçə yerə ayrılır: cədvəl yaradan və əlavə edən sorğular,
ləğv edən sorğular, yeniləşdirən sorğular və s.
Parametrik – praktikada oxucuların tələbatından asılı olaraq müxtəlif illərdə nəşr
olunana kitablar haqqında informasiya tələb olunur. Hər tələbata uyğun isə sorğu
yaratmaq qeyri mümkündür. Bu çətinlik parametrik sorğular vasitəsilə aradan qaldırıla
bilər.