Informasiya sistemləRİ



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə39/41
tarix13.12.2023
ölçüsü0,56 Mb.
#175872
növüMühazirə
1   ...   33   34   35   36   37   38   39   40   41
INFORMASIYA-SİSTEMLƏRI-VƏ-VB

26.
 
Verilənlərin axtarışı, çeşidlənməsi və süzülməsi 
 
Verilənlər bazası informasiyaların saxlanılması üçün nəzərdə tutulub. Lakin verilənlər 
bazasının idarəolunma sistemi elə üstünlüklərə malik olmalıdır ki, adi kartotekada həmin 
imkanlar olmasın. Yəni lazım olan məlumatı tapmaq üçün çox böyük miqdarda 
informasiyanı ani olaraq “gözdən keçirsin”. Verilənlər bazasının əsas üstünlüyü çox 
böyük həcmdə informasiyanı saxlamaqda deyil, məhz lazım olan məlumatları ani olaraq 
tapmaqda, onları emal etməkdədir. Bu məqsədlə Access-də bir neçə komanda nəzərdə 
tutulub: 
Arama (Поиск-Find), Çeşidləmə (Сортировка-Sort), Süzmə (Филüтраöия-
Filter).
Arama
 
aləti verilənlər bazasında istifadəçinin göstərdiyi nümunəyə uygun gələn 
məlumatları tapmağa imkan verir. Bunun üçün Edit → Find menyu komandası vasitəsilə 
açılan dialoq pəncərəsində axtarış üçün nümunə daxil edilir. Find komandası həm cədvəl, 
həm də forma rejimində işləyir. Adətən verilənlər bazasında yüzlərlə, minlərlə yazı olur. 
Çox zaman onları nizamlamağa, yəni müəyyən ardıcıllıqla düzməyə ehtiyac yaranır. 
Verilənlər bazasında yazıların nizamlanmasına 
çeşidləmə 
deyilir.
Çeşidləmə
 
verilənlərin hər hansı əlmətlərə görə nizamlanmasıdır. Bu, verilənlərə tez və 
səmərəli baxmağa imkan verir. İki növ çeşidləmə mövcuddur: 
artma sırasıyla çeşidləmə 

 azalma sırasıyla çeşidləmə
. Ədədi sahələr üçün artma və ya azalma 
qiymətə
görə, mətn 
sahələri üçün isə 
əlifbaya 
görə sıralamadır.
Əgər sahədə təkrarlanan qiymətlər varsa, çeşidləmə zamanı yazılar eyni qiymətlərə görə 
qruplara bölünür. Belə növ çeşidləməyə 
yazıların qruplaşdırılması
deyilir. Lakin bəzən 
yazıları eyni zamanda bir neçə sahəyə görə çeşidləmək lazım gəlir. Buna o zaman ehtiyac 
yaranır ki, bəzi sahələrdə eyni qiymətlər olur.
Verilənlər bazasının idarə olunması cürbəcür axtarış və seçim meyarları ilə sıx bağlıdır. 
İstifadəçinin tələbatını ödəyən verilənlər bazadan seçilməsi süzgəc vasitəsilə həyata 
keçirilir. 
Süzgəc
- yazıların axtarışı və seçilməsi üçün istifadə olunan şərtdir. Süzgəc tələblərə 
cavab verən yazıları “buraxır”, qalan yazıları isə “tutub saxlayır” (gizlədir). MS Access 
bir necə növ süzgəc təklif edir: 

“Formaya görə” süzgəc (Филüтр по “форме” - Filter By Form )

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin