25. Formaların hazırlanması Formalar üzərində idarəetmə elementləri yerləşən pəncərə olub, təyinatından asılı olaraq
verilənlər bazasına informasiyanın rahat daxil olmasını, redaktəsini, informasiyanın
vizual görünüşünü təmin edir və idarəetmə funksiyasını yerinə yetirir. Formalar
cədvəldən fərqli olaraq aşağıdakı üstünlüklərə malikdirlər:
Forma bir deyil, bir neçə cədvəlin informasiyasını əks etdirə, redaktə edilməsini və
onlara informasiya daxil olmasını təmin edə bilər.
Idarəetmə elementlərinin, informasiyanın tam şəkildə görünüşü üçün, rahat
daxiletmə və redaktə tələblərinə uyğun yerləşdirmək imkanına malikdir.
Bir sıra informasiyaların (OLE obyektlərin), o cümlədən şəkillər, video və
animasiya fayllarına baxışı vizual şəkildə təmin edir.
Forma – elektron blankdır. Bu blankın sahələri verilənlər bazasındakı yazıların
elementlərinə uyğun olur. Bu sahələrə yazılmış verilənlər avtomatik olaraq baza
cədvəllərinə daxil edilir.
Yeni forma yaratmaq üçün ilk növbədə
Verilənlər bazası (Баcа данных) pəncərəsinin
Forma (Форма) bölməsinin
Yaratmaq (Соcдатü) düyməsini sıxdıqda və ya
Daxiletmə (Вставка) menyusunun
Forma (Форма) əmrini yerinə yetirdikdə açılan
Yeni forma (Новая форма) pəncərəsində informasiya mənbəyini və forma yaratmaq rejimlərindən
birini seçmək lazımdır. MS Access aşağıdakı forma yaradılması rejimlərini təklif edir:
Forma ustası (Мастер форм) – Yeni forma pəncərəsində informasiya mənbəyini
və Forma ustası rejimini seçib, OK düyməsini sıxdıqdan sonra açılmış növbəti pəncərədə
formanın yaradılmasında iştirak edən sahələri müəyyən etmək lazımdır.
Avtoforma: sütun (Автоформа: в столбеö), Avtoforma: lentşəkilli (Автоформа: ленточная), Avtoforma: cədvəl (Автоформа: табличная) – bu rejimlər seçilmiş cədvəl
və ya sorğu əsasında insanın iştirakı olmadan avtomatik olaraq sütun, lent və cədvəl
şəkilli formalar yaradır. Bu rejimlər yalnız bir informasiya mənbəyi əsasında və sorğunun
yaradılmasında informasiya mənbəyinin bütün sahələri iştirak etdikdə yeni formaların
yaradılması üçün məqbuldur.
Diaqram(Диаграмма), Yekun cədvəllər (Сводная таблиöа ) və
Konstruktor (Конструктор) – bu 3 rejim isə müvafiq olaraq bir neçə mərhələləri, təlimata uyğun
sadə, diaqram və yekun cədvəl tipli formaların yaradılmasını təmin edir.