14.
Atributlar arasındakı asılılıqlar
Nisbətin atributları arasında 3 cür asılılıqlar ola bilər: funksional, tranzitiv və
çoxmənalı.
Funksional asılılıq
atributlar arasındakı asılılıq növlərindən biridir.
Funksional
asılılıq bir tərəfdən onu göstərir ki, nisbətin açar olmayan hər bir atributunun qiyməti açar
atributunun qiyməti ilə təyin olunur, digər tərəfdən isə açarın
hər bir qiymətinə açar
olmayan atributun yalnız bir qiyməti uyğun gəlir. Fərz edək ki, X və Y R nisbətin
atributlarıdır. R nisbətində Y atributu X atributundan o vaxt funksional asılı olur ki, X
atributunun hər bir qiymətinə Y atributunun yalnız bir qiyməti uyğun olsun. X
atributunun Y atributundan funksional asılılığı (f) belə göstərilir:
f : X
→
Y
Adətən X əsas açar rolunda çıxış edir. Əgər X
→
Y və Y
→
X olarsa, onda X və Y
atributları arasında birmənalı tam uyğunluq mövcuddur.
𝑋 ↦ 𝑌
işarəsi X və Y atributları
arasında funksional asılılığın olmamasını göstərir.
Natamam asılılıq
ona
deyilir ki, tərkibli açara daxil olmayan atribut açardan
bütövlükdə yox, onun bir hissəsindən asılı olsun.
Tam funksional asılılıq
ona deyilir ki, tərkibli açara daxil olmayan atribut açardan
bütövlükdə asılı olsun. Əgər X atributlar yığımı R nisbətinin tərkibli açarıdırsa, Y atributu
X-in bir hissəsidirsə (Y
X) və A atributu açara daxil deyilsə (A
X), onda
X
→
A və Y
A
olduqda A atributu X-dən tam funksional asılı olur,
əks halda, yəni X
→
A və Y
→
A
olduqda A atributu X-dən natamam asılı olur.
Z atributu X atributundan o vaxt
tranzitiv asılı
olur ki, X, Y, Z atributları üçün X
→
Y,
Y
→
Z şərti ödənilsin və eyni zamanda əks asılılıqlar (Y
→
X, Z
→
Y) olmasın.
Əgər R nisbətində X atributunun hər bir qiymətinə Y atributunun
bir neçə qiyməti
uyğun gəlirsə və Y-in digər atributlarla əlaqəsi yoxdursa,
onda Y atributu X-dən
çoxmənalı asılı
olur. Çoxmənalı asılılıq 3 tipdə ola bilər: “birin - çoxa” (1:M), “çoxun –
birə” (M:1) və “çoxun – çoxa ” (M:N). Onlar uyğun olaraq belə göstərilir:
X
→→ 𝑌
𝑋 ← ← 𝑌
𝑋 ← ← → → 𝑌
Məsələn, eyni müəllim bir neçə qrupda və hər qrupda bir neçə fəndən dərs deyə
biləcəyini nəzərə alaraq Müəllim (Soyad, Qrup, Fənn) nisbətində “Soyad”
atributu ilə
“Qrup” və “Fənn” atributları arasında 1:M tipli çoxmənalı asılılıq mövcuddur:
Soyad
→→
Qrup Soyad
→→
Fənn
.