Informasiya sistemləRİ



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə22/41
tarix13.12.2023
ölçüsü0,56 Mb.
#175872
növüMühazirə
1   ...   18   19   20   21   22   23   24   25   ...   41
INFORMASIYA-SİSTEMLƏRI-VƏ-VB

Şəbəkə tipli modellər
də iyerarxik modellər kimi verilənlərin qraf diaqramı şəklində 
təsvirinə əsaslanır. Iyerarxik modeldən fərqli olaraq, şəbəkə modelində (1:1), (1:M), 
(M:1) funksional əlaqələrlə yanaşı, (M:10) (çoxun - çoxa) əlaqəsi də həyata keçirilir. 
Şəbəkə modellərinin və onlara uyğun VBİS-lərin yaradılmasında və inkişafında 
verilənlərin emalı sistemləri üçün dil vasitələrinin yaradılması ilə məşğul olan komitənin 
(CODASYL) verilənlərin bazaları üzrə işçi qrupunun (DBTS) verdiyi təkliflərin böyük 
rolu olmuşdur. CODASYL modeli müxtəlif məsələlərin həlli üçün tətbiq edilən fayl 
sistemlərinin və onların sonrakı inkişafı nəticəsində yaranan şəbəkə modelli sistemlərin 
təsiri altında yaradılmışdır. Şəbəkə modelində (M:N) əlaqənin həyata keçirilməsi onun k 
sayda (1
≤ 𝑘 ≤ 𝑀
) (1:N) əlaqəsinə çevrilməsi ilə aparılır. Bu isə həm konseptual, həm də 
fiziki səviyyədə mürəkkəblik yaradır. Şəbəkə modelli VBİS-lərə misal olaraq MARK-1, 
MARK-2, GPAS, İDS, TOTAL, ADABAS, CET, CETOP sistemlərini göstərmək olar. 
Relyasiya modelinin
və ümumiyyətlə relyasiya modelli VBİS-in yaranması İBM 
firmasının əməkdaşı Edqar Koddun adı ilə bağlıdır. Relyasiya modelinin əsasını “nisbət” 
(ingiliscə “relation”) tiyazi anlayışı təşkil edir və bu tip modelin adı həmin terminlə 
bağlıdır. Müəyyən şərtlərə əməl etdikdə, nisbəti insan üçün adi olan ikiölçülü cədvəl kimi 
təsvir etmək olar. Fərdi kompüterlər üçün mövcud olan VBİS-in böyük əksəriyyətində 
relyasiya modelindən istifadə olunur. Relyasiya modelinin əsas üstün cəhətləri 
aşağıdakılardır: sadəliyi, proqram reallaşdırmasının asanlığı, verilənlər üzərində müxtəlif 
riyazi və məntiqi əməliyyatların aparılmasının mümkünlüyü, istənilən tip sorğuya cavab 
təmin edən çevik VB sxeminin qurulması mümkünlüyü. 


Relyasiya modelindən əsasən orta ölçülü VB-lər üçün istifadə olunur. Cədvəllərin sayı 
artıqca VB ilə işləmə sürəti aşağı düşür. Mürəkkəb strukturlu verilənlərin emalı 
sistemlərinin yaradılmasında relyasiya modelindən istifadə olunması müəyyən çətinliklər 
yaradır.

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin