Informasiya sistemləRİ



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə23/41
tarix13.12.2023
ölçüsü0,56 Mb.
#175872
növüMühazirə
1   ...   19   20   21   22   23   24   25   26   ...   41
INFORMASIYA-SİSTEMLƏRI-VƏ-VB

Obyektyönlü model 
iki modeli özündə birləşdirir (relyasiya və şəbəkə modellərini) 
və mürəkkəb strukturlu böyük VB-lərin qurulması üçün istifadə olunur. Obyektyönlü 
modeldə obyektyönlü proqramlaşdırma prinsiplərindən istifadə olunur. Lakin burada 
istifadəçilərin aparat və proqram anlayışları (bayt, yazı və s.) ilə deyil, real aləmin 
strukturuna uyğun anlayışlarla, başqa sözlə, obyektlər və onlar üçün təyin olunmuş 
əməliyyatlarla işləyirlər. Obyektyönlü yanaşmada abstraksiya səviyyəsi daha yüksək 
olur. Bu tip modeldə relyasiya konsepsiyası domenlərə (cədvəlin sütunları) əsaslanır. 
Yəni obyekt sinfi kimi domen götürülür. Belə hibrid sistem relyasiya əsaslı olduğundan, 
relyasiya modelinin üstünlüklərini saxlayır, yəni bu cür sistem relyasiya sistemləri ilə 
uyuşur.


12.
 
Verilənlərin relyasiya modeli 
 
Relyasiya modeli (RM) mövzu sahəsini əhatə edən nisbətləri və onlar arasındakı 
əlaqələri əks etdirir. Relyasiya modelində VB-in məntiqi sxemi nisbətləri sxemi şəklində 
təsvir olunur. Həmin sxemdə ayrı-ayrı nisbətlər və oxlu xidmətlərlə onlar arasından 
əlaqələr göstərir. Relyasiya modelinin elementləri bunlardır: nisbət, mahiyyət, atribut, 
nisbətin sxemi, relyasiya sxemi, domen, açar, verilənlərin tipi.
Nisbət 
– hər hansı mahiyyət haqqında verilənləri VB-da saxlayan cədvəlin başlığını 
təşkil edir.
Mahiyyət
– verilənləri nisbətdə saxlanan istənilən təbiətli informasiya obyektidir.
Atribut
– mahiyyəti xarakterizə edən xassədir. 
Relyasiya modelinin elementləri
 
Relyasiya modelinin elementləri 
Təsvir forması 
Nisbət 
Cədvəl (fayl) 
Nisbətin sxemi 
Nisbətin adı və atributların siyahısı 
Relyasiya sxemi 
VB-dakı nisbətlərin sxemləri və onlar 
arasındakı əlaqələr 
Mahiyyət 
İnformasiya obyekti 
Kortej 
Cədvəlin sətri (yazı) 
Atribut 
Cədvəlin sütununun başlığı (adı) 
Domen 
Cədvəlin sütunu 
Açar 
Bir və bir neçə atribut 
Verilənlərin tipi 
Domendəki elementlərin
qiymətlərinin tipi 
Relyasiya modelinin riyazi əsası sonlu riyaziyyatın bölməsi olan nisbətlər (relyasiya) 
cəbrindən götürülmüşdür. Nisbəti riyazi olaraq belə şərh etmək olar: tutaq ki, n sayda 
𝐷
1
, 𝐷
2
, … , 𝐷
𝑛
çoxluqları var. Onda R nisbəti nizamlanmış 
< 𝑑
1
, 𝑑
2
, … , 𝑑
𝑛
>
kortejlərinin 
(cədvəlin sətirlərinin) çoxluğudur. Burada 
𝑑
𝑖
𝜖𝐷
𝑖

𝐷
1
, 𝐷
2
, … , 𝐷
𝑛
R nisbətinin 
domenləridir.
Nisbətin kortejlərinə, başqa sözlə, faylın yazılarına birbaşa etmək üçün açardan 
istifadə olunur.
Açar – elə atribut və ya atributlar birləşməsidir ki, onun qiyməti ilə nisbətin hər bir 
korteji (faylın yazısı) birmənalı təyin olunur. Nisbət bir neçə açara malik ola bilər. Onlara 
mümkün və ya potensial açarlar deyilir. Baxılan halda onlardan biri seçilir və ona birinci 
və ya əsas açar deyilir. Açarlardan aşağıdakı məqsədlər üçün istifadə edilir: 

Nisbətin kortejlərinə (yazılara) müraciəti sürətləndirmək; 

Nisbətlər arasında əlaqələri təşkil etmək; 



Açar atributlarda qiymətlərin təkrarlanmasını aradan qaldırmaq; 

Kortejləri nizamlamaq. Kortejləri açara daxil olan bütün atributların qiymətlərinin 
artma və ya azalma ardıcıllığı ilə və ya qarışıq (birinin artması, digərinin isə azalması) 
nizamlamaq mümkündür. 
Relyasiya modeli nəzəriyyəsində xarici açar anlayışı da var. Fərz edək ki, 
𝑅
1
nisbətində açar olmayan A atributu var və həmişə atribut 
𝑅
2
nisbətində əsas açar rolunda 
çıxış edir. Onda 
𝑅
1
nisbətinin A atributuna xarici açar deyilir. Xarici açarlar vasitəsilə 
nisbətlər arasında əlaqələr yaradılır.
Məsələn , İŞÇİ nisbəti ilə VƏZİFƏ-MAAŞ (vəzifə-maaş) nisbəti arasında əlaqə 
“vəzifə” atributu vasitəsilə qurulur. Burada “vəzifə” atributu İŞÇİ nisbətində xarici açar,
vəzifə-maaş nisbətində isə əsas açar kimi çixiş edir. 
İŞÇİ 
Tabel nömrəsi Soyadı-İnisialı 
Şöbə 
Vəzifə Doğum tarixi 
VƏZİFƏ-MAAŞ 
Vəzifə 
Maaş 
Şəkil. Nisbətlərin əlaqələndirilməsi 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin