47
-6. Müəssisənin ləğv edilməsi və ona cavabdehlik.
:Əsasnamə ilə həmçinin müvəqqəti yaradılmış "komissiya, qrup və büronun hüquqları müəyyən
edilir
Sərəncamverici sənədlər
Təşkilati-sərəncamverici sənədlərin ən mühüm hissəsini sərəncamverici sənədlərin tutur. Bu
sənədlər hüquqi əsaslarını qanunlar və yuxarı orqanların konkret tapşırıqları təşkil edir. Eyni
zamanda sərəncam fəaliyyətlərin həyata keçirilməsi və idarə aparatının
işini hüquqi cəhətdən
tənzim etmək zərurətindən irəli gəlir. Sərəncamverici sənədlər idarəetmə orqanının vəzifəli
şəxsinin vahid və birbaşa fəaliyyətini təmin edir. Onlarda olan məlumatlar idarəetmə orqanının,
xüsusi müəssisələrin aşağıdakı əsas funksiyalarını tənzimləyir:
-
quruluş bölməsinin yaradılması və onun fəaliyyət metodlarının,
vəzifələrinin,
funksiyalarının təyini;
-
quruluş bölmələrinin və onlara rəhbərlik edən vəzifəli şəxslərin hüquqlarının, vəzifələrinin
və cavabdehliklərinin müəyyənləşdirilməsi;
-
vahidi il ik və kollegialhq əsasında sərəncamverici! ik fəaliyyəti üzərində bölgülər;
-
dövlət orqanlarının və müəssisələrin işinin təşkil edilməsi;
-
istehsalat fəaliyyətinin təşkili;
-
xidməti işçilərin təyinatı.
Sərəncamverici fəaliyyət fərmanlarla, əmrlərlə, sərəncamlarla, qərarlarla və göstərişlərlə
sənədləşdirilir. Qərarlar və sərəncamlar ümumi dövlət sənədi hesab olunur və danışıqsız
yerinə
yetirilirlər.
Başqa sənədlərə nisbətən təşkilatların qərar və sərəncamları ən yüksək hüquqi qüvvəyə malikdir.
Dövlət orqanlarının qərarları, sərəncamları, əmrləri, təlimatları nəşr edilir. Bunlar qüvvədə
olan dövlətin qəvul etdiyi qanun, qərar sərəncamları əsasında və onların yerinə yetirilməsi üçün
nazirliklərin səlahiyyəti daxilində nəşrə verilir. Həmin sənədlərin
əsli dövlət idarələrində,
komitələrdə və təşkilatlarda saxlanılır.
48
Qeyd etmək lazımdır ki, qərarlar,
sərəncamlar, əmrlər də əsasnamələr, tə'limatlar,
nizamnamələr, protokollar, aktlar, müqavilələr, arayışlar və başqa sənədlər kimi sərəncam, icra
sənədləri olmaqla yanaşı normativ dövlət aktlarıdır.
Fərman
Konstitusiyaya əsasən fərman vermək hüququ ancaq respublika prezidentinə məxsusdur.
Konstitusiyanın 113-cü
maddəsində deyilir ki, ölkə prezidenti respublikada ümumi qaydaları
fərmanlar verməklə, başqa məsələləri isə sərəncamlar qəbul etməklə həll
etmək səlahiyyətinə
malikdir. Həmin fərman və sərəncamlarda başqa qayda nəzərdə tutulmayıbsa, onlar dərc edildiyi
gündən qüvvəyə minir. Respublika Nazirlər Kabineti fərmanların əsasında onların yerinə
yetirilməsi üçün qərarlar və sərəncamlar verir. Fərman və onun tərtib edilməsi qaydaları
müəyyənləşdirilir/ Bir sözlə desək,
fərman
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən
yalnız Prezidentin qarşısında duran dövlət məsələlərinin yerinə yetirilməsi
üçün qəbul edilən
hüquqi aktdır.
Fərmanın rekvizitləri aşağıdakılardır:
-
dövlətin gerbi; ■—
-
sənəd növünün adı; —
-
başlıq; —
-
məzmun; —
-
imza; —
-
tərtib olunduğu yer; —
-
tarix. “
Dostları ilə paylaş: