Dərs vəsaiti Ə. X. Calallı "Azərişıq" asc nin Tədris Mərkəzinin müdavimləri üçün nəzərdə tutulub


I qrup - elektrik cərəyanının qorxulu olduğunu bilməlidir, elektrik cərəyanına düşmüş şəxslərə ilkin yardım etməklə tanış olmalıdır. II qrup



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə36/41
tarix14.12.2023
ölçüsü5,46 Mb.
#176734
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   41
myinmhafizsinson-221029155608-dad1fc30

I qrup
- elektrik cərəyanının qorxulu olduğunu bilməlidir, elektrik cərəyanına düşmüş şəxslərə ilkin yardım etməklə tanış
olmalıdır.
II qrup
- elektrik qurğuları ilə elementar texniki tanışlığı olmalı, elektrik cərəyanının insan həyatı üçün qorxulu olduğu
haqqında tam təsəvvürü olmalıdır, cərəyandaşıyan hissələrə yaxınlaşmanın qorxulu olduğunu anlamalıdır, elektrik
qurğularında işləyərkən ehtiyatlı olmağı dərk etməlidir, elektrik cərəyanına düşmüş şəxsə ilkin yardım göstərməyi praktiki
olaraq bacarmalıdır.
TƏDRİS MƏRKƏZİ 


84
III qrup
- elektrik qurğularına xidmət etməklə tanış olmalı, elektrik qurğularında işin qorxulu olduğu haqda dəqiq təsəvvürü
olmalıdır, 1000 V-a qədər elektrik qurğularında işə buraxma qaydalarını bilməlidir; işləyən elektrik qurğularına nəzarət etməyi
bacarmalıdır; gərginliyə düşmüş şəxsə ilkin yardımı bilməli və praktiki yerinə yetirməyi (süni nəfəs, ürəyin masajı və s.)
bacarmalıdır. Bu qrupa aid olan elektrotexnoloji personal əvvəlki qrupları aldıqdan 10 ay sonra, orta təhsil almayan və xüsusi
təlim keçməyən - əvvəlki qruplardan sonra 4 ay iş stajı olan, orta təhsili olmayan xüsusi təlim keçən - əvvəlki qruplardan
sonra 3 ay keçmiş; orta təhsili olan, xüsusi təlim keçən əvvəlki qrup almağından 2 ay keçdikdən sonra; ali texniki təhsili olan
əvvəlki qruplardan 1 ay keçdikdən sonra ala bilər.
IV qrup:
Elektrotexnikanı xüsusi texniki məktəb səviyyəsində bilməli,
elektrik qurğularında işləməyin qorxulu olması barədə tam təsəvvürü olmalı, tutduğu vəzifəyə uyğun TTQ-ni tam həcmdə
bilməli, xidmət etdiyi qurğunu elə bilməlidir ki, heç bir köməklik olmadan lazımi açılmanı və təhlükəsizliyi təmin etməklə
qurğunun bütün elementlərinin yoxlamanı yerinə yetirməyi bacarmalı, işin təhlükəsiz yerinə yetirilməsini təşkil etməyi və
nəzarəti bacarmalı, ilkin yardımı bilməli və icra etməyi bacarmalı, öz məşğul olduğu sahədəki avadanlıqların sxemini bilməli,
gərginlik altına düşmüş adamlara ilkin yardımın necə yerinə yetirilməsini aşağı qruppası olanlara öyrətməyi bacarmalıdır.
Bu qruppaya aid olanlar: elektrotexnoloji personal-əvvəlki qruplardan 6 ay sonra ;
Orta təhsil almayan, xüsusi təlim keçməyən - əvvəlki qruplardan 12 ay sonra;
Orta təhsil almayan, xüsusi təlim keçən- - əvvəlki qruplardan 8 ay sonra;
Orta təhsilli, xüsusi təlim keçən - əvvəlki qruplardan 3 ay sonra;
Ali və xüsusi texniki təhsil alan - əvvəlki qruplardan 2 ay sonra.
V qrup:
öz sahəsinin sxemini və avadanlıqlarını bilməli; TTQ-ni və onun xüsusi bölmələrini bilməli, TTQ-də bəzi bəndlərinin
tələblərini səbəblərini aydın təsəvvür etməlidir: istənilən gərginlikli elektrik qurğularında işin təhlükəsiz görülməyini təşkil
etməyi
və nəzarəti bacarmalıdır; gərginliyə düşən şəxsə ilkin yardım göstərməyi bacarmalıdır və digər işçilərə bunu
öyrətməlidir.
Bu qrupa aid olanlar: Orta təhsil almayan, xüsusi təlim keçməyən - əvvəlki qruplardan 42 ay sonra;
Orta təhsil almayan, xüsusi təlim keçən- - əvvəlki qruplardan 24 ay sonra;
Orta təhsilli, xüsusi təlim keçən - əvvəlki qruplardan 12 ay sonra;
Ali və xüsusi texniki təhsil alan - əvvəlki qruplardan 3 ay sonra.


85
Ədəbiyyat
1. A.M.Hüseynov, C.O.Orucov. Elektroenergetikada əməyin müxafizəsi və təhlükəsizlik texnikası Bakı-2013.
2. Electrical hazards.
3. Electrical workplace safety.
4. N.R.Paleyev Tibb bacısının məlumat kitabı bakı-1991.
5.D.X.Abasov Ümumi cərrahlıq Bakı 1987.

Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin