www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
10
10
Türklüyün varlığı qeyrə nə böyük qorxuymuş –
Dost-düşmən onu məhv etməyi istər, Azər!
Səməd Mənsur
MÜƏLLİFDƏN
«Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış» adlı
monoqrafiyanın I hissəsi 2011-ci ildə AMEA Fəlsəfə, Sosio-
logiya və Hüquq İnstitutu Elmi Şurasının (20 aprel 2011-ci il,
4 saylı protokol) və həmin institutun «Fəlsəfə və ictimai fikir
tarixi» şöbəsinin (7 fevral 2011-ci il, 2 saylı protokol)
qərarları ilə çap olunmuşdur.
2013-cü ildə həmin kitabın II hissəsi «Fəlsəfə və
ictimai fikir tarix» şöbəsində iki dəfə müzakirə olunmuşdur.
İlk iclasda (1 fevral 2013-cü il tarixli 1 saylı protokol)
müəllifə monoqrafiya ilə bağlı şöbənin əməkdaşları tərəfindən
bir sıra iradlar qeyd edilmiş, növbəti müzakirəyə qədər
bunları aradan qaldırmaq, yaxud da razılaşmadığı iradları elmi
sübutlarla əsaslandırmaq tövsiyə olunmuşdur. Şöbənin bəzi
əməkdaşlarının iradı əsasən kitabın türkçülük ruhunda
yazılması ilə bağlı olmuşdur. Məsələn, əməkdaşlardan biri
«XX yüzilliyin başlanğıcında (1900-1920-ci illər) Azərbaycan
türk ictimai-fəlsəfi fikrində milli ideologiya problemi»
adlanan I fəsildən “türk” sözünün çıxarılmasını təklif
etmişdir. Ümumilikdə, şöbənin bəzi əməkdaşları müəllifin
əsərdə “Azərbaycan türk filosofu”, “Azərbaycan türk
ideologiyası”, “Azərbaycan türk milləti”, “Azərbaycan türk
dövləti”, “Azərbaycan Türk dili” və s. bu kimi söz
birləşmələrində “türk” sözünün işlədilməsini məqbul
saymamışlar.