www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
60
60
qayıtmağı təbliğ edən panislamizm, eyni zamanda müsəlmanlar
arasında müasir həyatın köklü və biryolluq dəyişdirilməsində
təkid edir… Bu, vaxtilə yalnız müsəlmanların malı olan iqtisadi,
siyasi və mədəni fütuhatlar sahəsindəki təkiddir… Bir sözlə,
Avropa ağıl tərzi və yeni müsəlman meyli möcübincə islamçılıq
ideyalarında panislamizm və yevropeizm anlayışı sinonimi
xarakteri kəsb etmişdir» [251]. O, bununla da Avropada mövcud
olan demokratik dəyərlərin – siyasi, vicdani, mənəvi və s.
azadlıqların islama zidd olmadığını əksinə, bu amillərin Quranda
öz əksini tapdığını göstərmişdir. Q.Mustafayevə görə, bununla
da «ictimai-tarixi hadisələrə idealist-dini mövqedən yanaşan
Ə.Ağayev özü-özünü inkar edir. O, bir əli ilə dində yeniliyin
zəruriliyini yazır, digər əli ilə onu pozur» [159, 89]. Bizcə,
Ağaoğlu bir çoxlarından fərqli olaraq İslam dininin demokratik
dəyərlərə zidd olmadığını, bu dəyərlərin həmişə İslamda
olduğunu və bu gün də olmasını önə çəkməklə öz-özünü inkar
deyil, əksinə təsdiq yolunu tutmuşdur.
Gördüyümüz kimi, Azərbaycanda milli ideyalardan biri
olan islamçılığa münasibət 100 il bundan əvvəl olduğu kimi bu
gün də öz aktuallığını qoruyub saxlayır. Doğrudur, dinə
münasibət Konstitusiyada açıq şəkildə öz əksini tapmışdır.
Ancaq bununla yanaşı, dinə münasibətdə cəmiyyət daxilində
müəyyən problemlər hələ qalmaqdadır. Bu xüsusilə, özünü
müxtəlif təbəqələrin dinə-İslama fərqli münasibətlərində büruzə
verirr. Məsələn, bəziləri hesab edirlər ki, milli ideyalardan biri
kimi İslama daha çox önəm verilməlidir. Çünki İslam millətlər
və etnoslar arasında heç bir fərq qoymur. Başqa sözlə,
«müsəlmanlar qardaşdırlar» prinsipi irəli çəkilərək milli
ideologiyanın aparıcı ideya xəttinə çevrilməlidir. İlk baxışda,
bunun doğru olduğu qənaətinə gəlinə bilər. Ancaq məsələnin
|