www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
57
mütərəqqi ruhlu İslamda axtarılmalı; 2) dini kimliklə (İslamla)
milli kimlik (Türklük) isə bir-birinə nəinki ziddir, hətta bir-birini
tamamlayır.
Ağaoğlunda «İslam milətçiliyi» nəzəriyyəsinin yaranma-
sında «İttihadi-İslam» konsepsiyasını irəli sürən Cəmaləddin
Əfqaninin mühüm təsiri olmuşdur. Əvvəlcədən qeyd edək ki,
Əfqaninin milliyyətə, millətə baxışı Rəsulzadə üzərində hansı
təsiri buraxmışdırsa da, Ağaoğlu üzərində də İslama münasibəti
eyni məna kəsb etmişdir. Ə.Ağaoğlu yazırdı ki, Əfqani «müsəl-
man xalqlarını ilkin İslama qayıtmağa, ləyaqətsiz hökmdarlara
qarşı açıq mübarizəyə qoşulmağa çağırırdı. Eyni zamanda o,
ruhaniləri amansızcasına tənqid edir, onların «boş dialektika və
sxolastikasını» məsxərəyə qoyur, onların riyakarlığına və
həyasızlığına gülürdü… Bütün ölkələrin müsəlmanları onun
səsində nə isə tanış, eyni zamanda yeni çalarlar hiss edirdilər»
[28, 136]. Əfqaninin bu ideyalarını müsbət dəyərləndirən
Ağaoğlunun fikrincə, Şərqdə nümunəvi ictimai xadim olan bu
şəxs, eyni zamanda özünün gələcək davamçılarının fəaliyyəti
üçün proqram tərtib etmiş və bu davamçıların inkişaf etdirməli
olduqları ideyaları göstərmişdir.
Q.Mustafayevə görə, Ağaoğlu «İslam birliyi»nə həsr
etdiyi yazılarında Əfqaninin fikirləri ilə razılaşdığını bildirmiş,
eyni zamanda «İslam şərqinin böhrandan çıxmasının yolunu
«islamın bərpasında», islam millətçiliyində görmüşdü» [159,
93]. Doğrudan da, «Müsəlman xalqlarının vəziyyəti» (1903-
1904) silsilə məqalələrində İslam dünyasının yarımcan
vəziyyətdə olması fikrini qəbul edən Ağaoğlu yazırdı ki, taleyin
zərbələrindən sarsılıb məyus olmuş müsəlmanlar indi gəzib bu
fəlakətin onların üzərinə haradan gəldiyini axtarır və vəziyyəti
düzəltmək haqqında fikirləşirlər. Halbuki müsəlmanların islahat
|