www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
58
58
dövrünü keçmələrinin vaxtı çoxdan çatmışdır [250]. Müsəlman-
ların qəflət yuxusundan oyadacaq müsəlman islahatçısının
yolunu gözləyən Ağaoğlunun fikrincə, hər bir müsəlman milləti
ilkin İslama əməl etməklə yanaşı, Qərb mədəniyyətinin müsbət
dəyərlərini də mənimsəməli və Avropa millətləri kimi inkişaf
etməlidirlər. Çünki İslam dini bədbinlik deyil, nikbinlik və
tərəqqipərvərlik dinidir. O yazırdı: «Nə Quran, nə də şəriət
özlüyündə tərəqqinin düşməni deyildir; özlərini İslam ideyasının
daşıyıcıları hesab edən şeyxlər və üləmalar bəd məqsədlərlə
oradakı fikirləri təhrif edib, onları mədəniyyətin barışmaz
düşmənlərinə çevirmişlər» [6, 50].
Bizcə, Ağaoğlu «İslam millətçiliyi»nin elmi-nəzri əsas-
larını «Panislamizm və onun xarakteri» məqaləsində vermişdi:
«İslam ayrı-ayrı xalqların: ərəb, türk, fars, zənci, tacik və
sairələrin özünəməxsus fərdi etiqadlarındakı, adət-ənənə-
lərindəki, hətta dil və geyimlərindəki fərqi aradan qaldırmış –
niverləmiş, sözün tam mənasında onları fatehlərin assimilyasiya-
sına məruz qoymuşdur. Hal-hazırda müsəlman xalqlarının
lüğətində millət məfhumuna uyğun olan bir istilah axtarmaq
yersiz olar. Çünki onların hamısı bu mənanı ifadə edən ümumi
bir istilahı – ərəbəcə «millət» sözünü işlədirlər. Bu istilah isə irqi,
qövmi, etnik, hətta əxlaqi birliyi deyil, hər şeydən əvvəl dini
birliyi ifadə edir» [251]. Bu mənada, onun fikrincə,
«panislamizm» ideyası İslam dininin özündə, onun nəzəriyyə və
tarixində ehtiva edilmişdir: «Quran, hər cür millətçiliyə
düşməndir. Ümumbəşərilik demək olan İslam milli əlahiddəliyi,
irqi ayrı-seçkiliyi, silki xurafat və ənənələri zəiflətməyə çalışır.
İslama görə, ona iman gətirən bütün insanlar qardaşdırlar, hamı
Allah və Quran qarşısında bərabərdir. Nə türk, nə ərəb, nə fars,
nə hindu, nə zənci, nə ağ var: hamı müsəlmandır, bərabər və
|