Mübariz Yusifov
erməni yoxdur. (Əksəriyyəti də dolanışıq və rahatlıq üzündən
xarici ölkələrə miqrasiya etmişlər). Necə ola bilər ki, ərəblər
dövründə mövcud olan bir ovuc erməni mənbələrdə gös
tərilən böyük əraziyə yayılmış olsunlar. Buradan görünür ki,
«Ərmən» və ya «Ərməniyə» adlan həmin ərazilərdə yaşayan
etnik təbəqəni düzgün adlandırmır.
Tarixi
mənbələrdə
göstərilən
bu
məlumatlar
inandırıcıdır görünə bilər ki, onlar Xilafət qoşunlannın ələ
keçirdikləri və müəyyən inzibati bölgü daxilində öz köhnə
adlarını saxlayan ərazilər barədəki erkən ərəb mənbələrinə
məxsusdur. Maraqlı burasıdır ki, ərəblərəqədərki Bizans inzi-
tabi bölgüsü haqqında ətraflı məlumat verən sinxron erməni
mənbələri ərəblərin bu inzibati bölgüsü haqqında heç bir
məlumat vermir. Çox güman ki, bu «məlumatsızlıq» bütün
bölgə
ərazisinin
süni
şəkildə
«Ərməniyə»
adı
ilə
birləşdirilməsindən irəli gəlirdi. Məhz buna görə də bu dövr
haqqında məlumat verən ərəb mənbələri erməni torpaqları ilə
birlikdə ermənilərə aid olmayan qonşu torpaqları da əhatə
edən «Ərminiyə» inzibati vahidi ilə yanaşı ərəblərəqədərki
Sasani inzibati vahidi «Azərbaycanın» (Adurbadaqanm) da
adını çəkirlər. Beləliklə, ərəblər dövründə «Ərminiyə» ərazi
ləri barədə ərəblərin özlərinin təqdim etdiyi məlumatlara görə
həmin ərazilər aşağıdakı kimi bölünürdü:
I Ərminiyə bölgüsünə ərəblərin Arran adi andırdı ql an
qədim Albaniya torpaqları və 644-cü ildən 1122-ci ilədək
müsəlmanların tabeliyində olan Tiflis və onun ətrafları daxil
edilirdi.
II Ərminiyə adlandırdıqları hissəyə ərəb inzibati hakim
dairələri
Cürzanı
(Gürcüstanın
bir
hissəsini),
Tiflis
yaxınlığında Kür çayı sahilində yerləşən Suğdəbil şəhərini,
Dərbəndin yaxınlığındakı Bab Feyruz Qubad şəhərini, eləcə
də Lanz vilayətini daxil edirdilər.
III-IV ərəb Ərminiyəsi isə ermənilərin Dəbildən Şim-
şatadək yaşadıqları yerləri əhatə edirdi. Beləliklə, Xilafətin
Cənubi Qafqazdakı I və II Ərminiyə inzibati bölgüləri şimalda
Tiflis və Dərbənddən Cənubda Araz çaymadək, qərbdə Kiçik
16
Dostları ilə paylaş: |