Nizamidə azərbaycançılıq
Qafqaz dağlanndan tutmuş şərqdə Xəzər dənizinədək olan sa-
sahəni əhatə edir və əsasən, ərəblərin Arran adlandırdıqları
qədim Albaniya torpaqlarını özündə birləşdirirdi.1
Ərəblər dövründə elmin inkişafı ilə bağlı bir çox
əsərlər, tədqiqatlar, şərhlər də meydana çıxmışdı. Bu əsərlər
ərəb dilində yazılmasına baxmayaraq Azərbaycan intellektinin
formalaşmasına da güclü təsir edirdi. Doğrudur, ərəb dilində
yazan alimlərin, mütəfəkkirlərin içərisində Azərbaycan
mənşəli intellektlər də az olmamışdı. Ancaq demək olmaz ki,
həmin
intellektlər
Azərbaycan
ictimai
şüurunun
formalaşmasına öz təsirini göstərə bilirdi. Əlbəttə ki, belə
olmamışdı və onu gözləmək də əbəs işdir. Çünki həmin
əsərlərin
və
tədqiqatların
içərisində
Azərbaycanlı
intellektinin, Azərbaycanlı təfəkkürünün öz xüsusi çəkisi olsa
da onlar bütövlükdə ərəb dünyasının elmi potensialının
inkişafına, ərəb ictimai şüurunun təkamülünə və ərəb dili
normalarının inkişafına xidmət edirdi. Mümkündür ki, o
zaman yaranan əsərlərin məzmununda Azərbaycançılıq
ideyalarının izləri mövcud olsun. Lakin bu ideyalar, əvvəla,
açıq-aşkar verilə bilməzdi. Onların ifadə olunması üçün xüsu
si rəmzlərdən istifadə edilə bilərdi ki, bunu da əlbəttə, anla
maq çətin idi. Bu çətinlik isə Azərbaycançılıq ideyalarının
təbliğ edilməsi işində çox ciddi bir maneə olardı. Digər tərəfi,
dövrün elmi ədəbiyyatı, elmi fikir və mülahizələri birbaşa
islam təbliğatı, islam mədəniyyəti və islam fəlsəfəsi
bazasında həyata keçirilirdi. Həmin əsərlərdə texniki tərəqqi
və kəşflər haqqında irəliyə doğru nəinki bir addım, heç bir
qarış da hərəkət baş verməsi görünmürdü. Milli ictimai şüur
çox zaman, fanatizmdə, ağılın, təfəkkürün kütləşdirilməsinə
yönəlmiş fəlsəfi cərəyanların cəfəngiyat bataqlığında itib-
batırdı.
Tarixi məlumatlarda göstərilir ki, «Xəlifə Əbdülməlikin
(688-705) islahatları nəticəsində kargüzarlığm ərəb dilində
1 Azərbaycan tarixi. III-XIII əsrin I rübü. Yeddi cilddə, II cild. Bakı, «Elm», 2007, s.
198.
Dostları ilə paylaş: |