Mübariz Yusifov
3. Şəxsiyyət azadlığı
Nizaminin Azərbaycançılıq ideyalarının təcəssüm ündə
şəxsiyyət azadlığı məsələləri apancı yerlərdən birini tutur.
Şəxsiyyət
azadlığı
cəmiyyət
azadlığının
bünövrəsidir.
Cəmiyyət həyatında azadlığın bərqərar olması üçün ilk
növbədə insan özünün şəxsiyyət azadlığını dərk etməlidir.
Şəxsiyyət azadlığı dərk olunmayınca cəmiyyət azadlığı
barədə fikir və düşüncənin formalaşdırılması mümkün deyil
dir. Fəlsəfi-məntiqi mənada «şəxsiyyət bütün mənəıi xassələ
ri-zəkası, öz əməllərinə cavabdehlik hissi, fərdiliyi ləyaqəti,
azadlığı və s. ilə birgə götürülmüş insandır; o elə insandır ki,
müstəqil və işgüzar fəaliyyət subyekti olur».1
Nizami azad cəmiyyətin subyekti kimi formalaşmış
insanda azadlığı başlıca bir vasitə hesab edir. Nizami
şəxsiyyət azadlığını təsvir etdiyi bədii obrazlann milli
mənsubiyyəti
çərçivəsində
məhdudlaşdırmır.
Nizaminin
qəhrəmanları və yaratdığı digər obrazlar və təsvir etdiyi
hadisələr zahirən Azərbaycan mühitindən kənar olsa da
Nizami onlan öz daxili keyfiyyətləri ilə Azərbaycanlaşdınr.
Onlann xarakterini, düşüncəsini, mənəvi aləmini Azərbaycan
mühitinə uyğunlaşdırır. Ona görə də orta əsrlər dövründə
daim ictimai, sosial, mənəvi sıxıntıya məruz qalan Azər
baycanlı insanlann azadlıq hüququnu özünə qaytarır. Real
ictimai həyatda öz hüquq və azadlıqlarını bərpa edə bilməyən
insanlann nümunəsində Azərbaycanlı övladlanna mənəvi
azadlıq mühiti yaradırdı. Bu mənəvi azadlıq dövrün sıxıntılan
içərisində əzab çəkən bütün Azərbaycanlı əhalinin arzusu və
istəyi idi. Nizami bu mənəvi azadlığı təsvir etdiyi hadisə və
obrazlann fonunda batini anlayışlar mühitinə daxil edirdi. Ni
zami insan azadlığını zahirən o dərəcədə sadələşdirmir ki,
oxucu ilk baxışda başa düşsün ki, bu məsələdə sənətkann
rəğbət göstərdiyi etnik təbəqənin nümayəndələri nəzərdə
1 Yusif Rüstəmov. Fəlsəfənin əsasları. Bakı, «Elm», 2004, s. 409.
52
Dostları ilə paylaş: |