Nizamidə azərbaycançılıq
dövründəki, Azərbaycanda azadlıqdan əsər-əlamət olmadığı
üçün, insanlar ictimai və mənəvi məhrumiyyətlər içində əzab
çəkdiyi üçün Nizaminin vətəninin azadlığa daha artıq ehtiyacı
var idi. Nizami bu duyğunu şahlara aid etməkdə birinci növ
bədə öz cəmiyyətini nəzərdə tutur. «Xosrov və Şirin» poema
sında Xosrovun atəşgahda tənha guşəyə çəkişməsi də onun
özünün azadlığa daha artıq ehtiyacı olduğu aşkar bilinir:
Şah qərara gəldi, taxtı tərk etsin
Dünyadan çəkilsin, məbədə getsin.
Ağlın var, hər şeydən çalış azad ol!
Nəyin var qane ol, onunla şad ol!
Şadlıqdan asudə məclis olarmı?
Rahatlıqdan gözəl bir aləm varmı?
Çörəyin, suyun var, qane ol, otur,
Ən azad bir ölkə, inan ki, odur.
Yüksək yaratmışdır xaliq insanı
Vermiş xidmətinə bütün dünyanı
Belə düşünməklə dilşad olarsan
Tacü təxt qeydindən azad olarsan.
X-Ş, 2004,331-332.
Nizami azadlığı şahlara şamil etməklə öz bədii
təxəyyülünü
məhdudlaşdırmır.
Nizami,
hətta,
dünya
hadisələrini dərindən-dərinə dərk edən filosofların da
azadlığa ehtiyacı olduğunu bədii lövhələrlə canlandırır.
Filosoflar Nizamiyə görə kimdir? Xalqın intellektual düşüncə
si, təfəkkürü və təsəvvürü. «İskəndəmamə»nin «İqbalnamə»
hissəsində «Böyük filosofun səhraya çəkilib çalğı aləti qayır
ması» hekayəsində Əflatunun səhraya üz tutması onun
cəmiyyətdəki sıxıntılı qayğılardan azadlıqda qalmasının
təcəssümüdür.
55
|