Nizamidə azərbaycançılıq
Polada bürünüb, atıb ipəyi.
İbadət eyləyir tənha, kimsəsiz,
Tapmayır yanma bir kimsə yol, iz
Əql ilə dost olub Nizami, təkin
Ondan dərs alıbdır Nizami yəqin».
İ, II, 2004, 83.
Sokratm tənhalığa çəkilməsini Nizami özü də təqdir
edir və hətta onun kimi cəmiyyətdən uzaq durmağa haqq qa
zandırır. Nizami azadlıq aşiqidir. Azərbaycan cəmiyyətində
azadlığın bərqərar olunması onun amalı və idealıdır. Odur ki,
özünün fikirlərinin, düşüncələrinin və əqidəsinin yaratdığı
obrazlarla ifadə olunması da onu qane etmədiyi məqamda bu
fikir və düşüncələrini batindən zahirə çıxarır.
Nizami Nüşabənin firavanlıq yaratdığı cəmiyyətdə,
hətta, xidməti işlərə təhkim olunan kənizlər mühitində belə
azadlığın təmin edilməsini bədii dillə canlandırır:
O ağ bənizlərə etsən tamaşa
Az qalır şəfəqdən gözlər qamaşa.
Bu mavi səmanın altında ancaq
İşləri şərabdır, çalıb çağırmaq.
Nəsilcə uca, pak hökmdar qadın
Onları qoymazdı şəhvətə yaxın
Sənəmxanası var saraylar qədər
Azad girib gəzər orda afətlər.
İ, II, 2004, 204.
Nizami oxşar təfərrütaı Feyləqus sarayındakı gözəllərin
timaslmda da canlandırır:
Ən yaşlı bir qoca rəvayət edir,
O köhnə şahlardan hekayət edir:
Feyləqus qəsrində bir gözəl varmış
Bəzəkli gəlin tək azad yaşarmış.
İ, I, 2004, 63.
57
|