Qanunun analogiyası dedikdə, konkret ictimai münasibətlərin dəqiq müəyyən olunmuş mülki hüquq
norması əsasında deyil, bunlara oxşar münasibətləri nizama salan hüquq norması vasitəsilə tənzimlən-
məsi başa düşülür. Bu institut mülki qanunvericilikdə müvafiq münasibəti rəsmiləşdirən birbaşa konkret nor-
manın ifadə edilməməsi özündən həmin münasibətə oxşar münasibəti nizama salan normanın tətbiq edilməsini
nəzərdə tutur. Hüquqtətbiqetmə orqanı oxşar münasibəti rəsmiləşdirən mülki hüquq normasını tətbiq etməklə
mülki qanunvericilikdəki boşluüun yerini doldurur. Qanunun analogiyası hüquqda boşluüun tamamlanmasına
və doldurulmasına yönələn operativ xarakterli müstəsna vasitə və üsuldur.
Qanunun analogiyası yalnız müəyyən şərtlər əsasında tətbiq edilə bilər. Bu şərtlər ondan dözgün istifadə olunma-
sını təmin edir. Qanunda həmin şərtlərə əməl olunması nəzərdə tutulur (MM-in 11-ci maddəsi). Əgər nəzərdə tutu-
lan şərtlərdən biri pozularsa, qanunun analogiyasının tətbiqindən söhbət gedə bilməz.
Dostları ilə paylaş: |