Üçüncü şərt ondan ibarətdir ki, hüquqi cəhətdən tənzimlənməyi tələb edən müvafiq ictimai münasibətə
tətbiq oluna bilən işgözar dövriyyə adəti olmamalıdır. Söhbət sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində
yaranan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydasından gedir. Əgər müvafiq
münasibəti bu davranış qaydası ilə tənzimləmək mümkün olarsa, onda qanunun analogiyasından istifadə olun-
mur.
Dördüncü şərt ondan ibarətdir ki, hüquqi cəhətdən tənzimlənməyi tələb edən ictimai münasibətə oxşayan
münasibət və bu münasibəti tənzimləyən mülki hüquq norması müvcud olmalıdır. Məsələn, kredit müqa-
viləsini yeni MM tənzimləmir. Bu müqaviləyə oxşar olan borc müqaviləsidir. Borc müqaviləsinin tənzimlənmə-
sinə MM bir sıra hüquq norması həsr etmişdir. Ona görə də kredit müqaviləsini qaydaya salmaq tələb olunan
hallarda, borc müqaviləsi haqqında normalardan istifadə etmək olar.
Biz mülki qanunvericilik aktlarında tez-tez gündərici maddələrə rast gəlirik. Gündərici maddələr müvafiq
münasibətin buna oxşar olan münasibət kimi tənzimlənməsi haqqında göstəriş ifadə edir. Məsələn, MM-in 662-
ci maddəsinin 2-ci bəndində göstərilir ki, dəyişmə müqaviləsinə alqı-satqı haqqında göstərişlər müvafiq surətdə
tətbiq edilir. MM-in 787-ci maddəsinə görə broker müqaviləsinə tapşırıq müqaviləsi haqqında qaydalar tətbiq
edilir. Onun başqa bir maddəsində (maddə 700) qeyd edilir ki, icarəyə əmlak kirayəsi haqqında müddəalar mü-
vafiq surətdə tətbiq edilir. Burada söhbət mülki qanunvericilikdəki boşluqdan getmir. Bunlar müvafiq məsələni
tənzimlənməyin üsulu, xüsusi xarakterli hüquqi-texniki vasitəsidir. Ona görə də göstərilən hallar qanunun ana-
logiyası hesab olunmur.
Dostları ilə paylaş: |