Üçüncü hüquqi imkan onda ifadə edilir ki, səlahiyyətli şəxsə onun subyektiv mülki hüquqları pozulduüu
hallarda, öz pozulmuş hüquqlarını məhkəmə və ya inzibati qaydada müdafiə etmək imkanı verilir. Söhbət
səlahiyyətli şəxsin öz pozulmuş hüquqlarının müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına müraciət etmək
imkanından gedir. Bu hüquqi imkan müdafiə hüququ adlanır. Belə ki, əgər borclu şəxs onun özərinə qoyul-
muş vəzifəni icra etmirsə (məsələn, alqı-satqı hüquq münasibətində alıcı əşyanın pulunu ödəmir, borc hüquq
münasibəti özrə borc alan aldığı pulu qaytarmır və s.), onda səlahiyyətli şəxs müvafiq dövlət orqanlarına (ələl-
xüsus da məhkəməyə) müraciət edərək, öz pozulmuş hüquqlarını müdafiə etmək imkanına malik olur. Məsələn,
icarəçi icarə haqqını ödəmir, icarəyə götürdüyü əşyanı qaytarmır. Belə halda icarəyə verənin öz pozulmuş hü-
quqlarını müdafiə etmək üçün məhkəməyə iddia vermək hüququ (imkanı) vardır. Deməli, hüquq səlahiyyətli
şə
xsə məhkəməyə müraciət etmək və hüquq pozuntusu törədən şəxsə o, dövlət məcburetmə qüvvəsi tətbiq
Dostları ilə paylaş: |