Qeyri-əmlak hüquq münasibətləri o hüquq münasibətləridir ki, qeyri-maddi nemətlər bu münasibətlərin
obyekti qismində çıxış edir. Əgər mülki hüquq normaları ilə qeyri-əmlak münasibətləri tənzimlənərsə, belə hal-
da qeyri-əmlak hüquq münasibətləri əmələ gəlir. Qeyri-əmlak hüquq münasibətləri qeyri-əmlak münasibətləri-
nin hüquqi cəhətdən rəsmiləşdirmə formasıdır. Özü də onlar əmlak hüquq münasibətlərindən fərqli olaraq, iqti-
sadi məzmundan məhrumdur. Qeyri-əmlak hüquq münasibətləri özləri iki cür olur:
●
əmlak hüquq münasibətləri ilə bağlı olan qeyri-əmlak hüquq münasibətləri;
●
əmlak hüquq münasibətləri ilə bağlı olmayan qeyri-əmlak hüquq münasibətləri.
Ə
mlak hüquq münasibətləri ilə bağlı olan qeyri-əmlak hüquq münasibətləri o hüquq münasibətləridir
ki, onların obyektini əqli mülkiyyət obyektləri, yəni yaradıcılıq fəaliyyətinin nəticələri (elm, ədəbiyyat və incə-
sənət əsərləri, ixtiralar, faydalı modellər, sənaye nümunələri, əmtəə nişanları, firma adları, seleksiya nailiyyətlə-
ri, kəşflər və s.) təşkil edir. Məsələn, yazıçının əsər (şer, dram, faciə, komediya, hekayə və s.) yazması ilə müəl-
liflik hüquq münasibəti, mühəndisin ixtira (yeni təyinatlı saat, paltaryuyan maşın, tozsoran, soyuducu, kondisio-
ner və s.) etməsi ilə patent (ixtira) hüquq münasibəti əmələ gəlir. Bunların iqtisadi məzmunu yoxdur. Ona görə
ki, həmin hüquq münasibətləri pulla qiymətləndirilmir. Lakin iqtisadi məzmuna malik olmamalarına baxmaya-
raq, həmin hüquq münasibətləri əmlak hüquq münasibətləri ilə bağlıdır. Belə ki, əqli mülkiyyət obyektləri olan
ə
sərlərdən, ixtiralardan və s. istifadə ilə əlaqədar yaranan münasibətlər əvəzli olub, əmlak xarakterlidir. Məsə-
lən, əsərin maddi daşıyıcısı (maddi obyekti) olan kitablar oxuculara satılır və bununla alqı-satqı hüquq münasi-
bəti əmələ gəlir. Bu isə əmlak hüquq münasibətidir. Başqa bir misalda mühəndis ixtiradan (məsələn, yeni təyi-
natlı soyuducudan) istifadə hüququnu sənaye müəssisəsinə satır. Belə halda onlar arasında alqı-satqı hüquq mü-
nasibəti yaranır. Bu isə əmlak hüquq münasibətidir. Deməli, əqli mülkiyyət obyektlərinin (əsərlərin, ixtiraların
74
və s.) yaranması ilə bağlı olaraq yaranan qeyri-əmlak hüquq münasibətləri (müəlliflik, patent hüquq münasibət-
ləri və s.) bu obyektlərdən istifadə olunması ilə əlaqədar yaranan əmlak münasibətləri ilə bağlıdır. Amma buna
baxmayaraq, obyekti yaradıcılıq fəaliyyətinin nəticələri (əqli mülkiyyət obyektləri) olan hüquq münasibətləri
qeyri-əmlak hüquq münasibətləri hesab edilir.
Ə
Dostları ilə paylaş: |