xsə qarşı əhatə dairəsi qeyri-müəyyən olan, qeyri-məhdud saylı borclu şəxslər («hamı və hər kəs») durur. Hə-
qiq olaraq məlum olur. Münasibətin ikinci subyekti olan borclu şəxsi (özərinə hüquqi vəzifə düşən şəxsi) isə
konkret olaraq adbaad müəyyənləşdirmək qeyri-mümkündür. Ona görə ki, borclu şəxs rolunda əhatə dairəsi na-
məlum olan, qeyri-məhdud saylı şəxslər çıxış edir. Başqa sözlə desək, mütləq hüquq münasibətlərində borclu
xs qismində səlahiyyətli şəxsi əhatə edən bütün digər şəxslər — «hər kəs və hamı» iştirak edirlər. Əhatə edən
rın əsas hissəsini təşkil edir. Burada səlahiyyətli şəxsə (mülkiyyətçiyə) qarşı onu əhatə edən bütün şəxslər («ha-
mı və hər kəs») durur. Bu şəxslərin əhatə dairəsi və sayı məlum deyil. Onların özərinə belə bir vəzifə düşür:
mülkiyyətçiyə məxsus əmlaka sahiblik, əmlakdan istifadə və onun özərində sərəncam vermək hüququnun həya-
ta keçirilməsində ona mane olan hər hansı hərəkət etməmək (passiv tipli vəzifə). Mülkiyyətçi (səlahiyyətli şəxs)
75
isə bu cür hərəkətlər etməkdən çəkinməyi borclu şəxsdən - «hamıdan və hər kəsdən» tələb etmək hüququna ma-
likdir.
kincisi, mütləq hüquq münasibətlərinin digər hissəsini ə
qli mülkiyyə
t hüquq münasibə
tlə
ri təşkil edir. Bu
cür hüquq münasibətləri əqli mülkiyyət obyektlərinin (əsərlərin, ixtiraların, faydalı modellərin, sənaye nümunə-
lərinin, kəşflərin, firma adlarının, əmtəə nişanlarının, seleksiya nailiyyətlərinin və s.) yaranması ilə əmələ gəlir.
Ə
qli mülkiyyət hüquq münasibətləri yaradıcılıq fəaliyyəti nəticələri (əqli mülkiyyət obyektləri) ilə bağlı yara-
nan ictimai münasibətlərin hüquqi cəhətdən rəsmiləşdirmə formasıdır. Onların dairəsi kifayət qədər genişdir:
müəlliflik hüquq münasibətləri; patent (ixtira, sənaye nümunəsi, faydalı model və s.) hüquq münasibətləri; kəşf
hüquq münasibətləri; əmtəə nişanı ilə bağlı yaranan hüquq münasibətləri; firma adları ilə bağlı hüquq münasi-
bətləri və s.
Ə
sərin yaradılması ilə müəlliflik hüquq münasibəti əmələ gəlir. Bu münasibətdə səlahiyyətli şəxs rolunda
müəllif, borclu şəxs rolunda isə müəllifi əhatə edən bütün digər şəxslər («hamı və hər kəs») çıxış edirlər. Müəl-
lif yaratdığı əsərə münasibətdə subyektiv müəlliflik hüquqlarına malikdir. Borclu şəxs («hamı və hər kəs»), yə-
ni müəllifi əhatə edən qeyri-müəyyən saylı şəxslər belə bir vəzifə daşıyır: əsərə münasibətdə subyektiv müəllif-
lik hüquqlarını həyata keçirməkdə müəllifə mane olmamaq, buna əngəl olan hər hansı hərəkətə yol verməmək
(passiv tipli vəzifə). Müəllif həmin şəxslərdən bu cür hərəkətlərdən çəkinməyi tələb etmək hüququna malikdir.
Ə
qli mülkiyyətin digər obyekti olan əmtəə nişanının qeydiyyata alınması ilə mülki hüquq münasibəti əmələ
gəlir. Bu hüquq münasibəti əmtəə nişanını qeydiyyata aldıran müəssisə ilə həmin müəssisəni əhatə edən bütün
digər şəxslər («hamı və hər kəs») arasında yaranır. Özü də əmtəə nişanı barədə. Göstərilən hüquq münasibətin-
də borclu şəxs («hamı və hər kəs») belə bir vəzifə daşıyır: əmtəə nişanı barəsində müəssisənin malik olduüu hü-
quqları həyata keçirməkdə ona mane olmamaq.
Özüncüsü, mütləq hüquq münasibətlərinin başqa bir hissəsini əmlak hüquq münasibətləri ilə bağlı ol-
Dostları ilə paylaş: