Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə258/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   254   255   256   257   258   259   260   261   ...   1820
Mürəkkəb hüquqi tərkiblər dedikdə, hüquqi faktların elə bir məcmusu başa düşülür ki, bir-birilə qəti asılı-


 

85 


lıq əlaqəsində olan və dəqiq olaraq müəyyən ardıcıllıqla yaranan hüquqi faktlar birləşərək, mülki hüquq müna-

sibətinin əsası kimi çıxış edir, yəni hüquqi nəticənin yaranmasına səbəb olur. Burada hüquqi faktların hansı 



ardıcıllıqla yaranmasının əhəmiyyəti və təfavütü vardır. Özü də bu faktlar bir-birindən qəti surətdə asılı-

dır. Məsələn, təsərrüfatsızcasına saxlanan mədəni sərvətlər barəsində mülkiyyət hüquq münasibətinə xitam ve-

rilməsi üçün dəqiq olaraq müəyyən ardıcıllıqla yaranan bir neçə hüquqi faktın olması lazımdır: birincisi, mül-

kiyyətçinin mədəni sərvətləri təsərrüfatsızcasına saxlaması; bu sərvətlərin öz əhəmiyyətini itirmək təhlükəsinin 

yaranması; həmin sərvətlərin dövlətə satılması barədə məhkəmə qərarınının qəbul edilməsi; mədəni sərvətlərin 

dövlət tərəfindən satın alınması (MM-in 208-ci maddəsi). Başqa bir misalda fiziki şəxsin ölmüş elan edilməsi 

üçün müəyyən ardıcıllıqla yaranan bir neçə hüquqi faktın məcmusu və kompleksi gərəkdir (MM-in 41-ci mad-

dəsinin 1-ci bəndi). Birincisi, fiziki şəxsin yaşayış yerində olmaması; ikincisi, fiziki şəxsin harada olması barə-

də məlumatın olmaması; üçüncüsü, həmin şəxsin harada olması barədə alınan axırıncı məlumatdan beş il müd-

dətinin keçməsi; dördüncüsü, məhkəmənin həmin şəxsin ölmüş hesab edilməsi barədə qərar çıxartması; beşinci-

si, VVADQ orqanının qeydiyyat aktı. Bu hüquqi faktlar birləşərək, ölmüş elan edilmiş fiziki şəxsin iştirak etdi-

yi nikah-ailə hüquq münasibətinə, müxtəlif qeyri-əmlak və əmlak hüquq münasibətlərinə xitam verilməsinə sə-

bəb olur. Başqa bir misalda mülkiyyətçinin çıxış etdiyi mülkiyyət hüquq münasibətinə müsadirə yolu ilə xitam 

vermək üçün bir neçə hüquqi faktın olması tələb edilir: mülkiyyətçinin cinayət etməsi; törədilmiş cinayətə görə 

sanksiya kimi məhkəmənin hökm çıxartması; əmlakın mülkiyyətçidən əvəzsiz alınması, yəni müsadirə etmək 

(MM-in 212-ci maddəsi). 

Dediklərimizdən belə nəticəyə gələ bilərik ki, mülki hüquq normasına uyüun olaraq mülki hüquq münasibət-

ləri iki və daha artıq hüquqi fakt əsasında yaranarsa, dəyişərsə və ya ləğv edilərsə, bu cür faktların məcmusu və 

kompleksi hüquqi tərkib adlanır. Hüquqi tərkib dedikdə, mülki qanunvericilikdə nəzərdə tutulan hüquqi 




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   254   255   256   257   258   259   260   261   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin