Hüquqi nəticə dedikdə, mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması və
bu münasibəti təşkil edən subyektiv hüquq və vəzifələr başa düşülür. Mülki hüquq münasibətinin yaranma-
sı, dəyişməsi və xitam olunması bu münasibətin dinamikasının, yəni hərəkətinin ayrı-ayrı mərhələləridir.
4. Hüquqi faktlar mülki hüquq münasibətlərinin hüquqi-faktiki əsası kimi
Qeyd etdik ki, hüquqi faktlar mülki hüquq münasibətlərinin hüquqi-faktiki əsasıdır. Hüquqi-faktiki əsas kimi
mülki hüquqda faktlar iki yerə bölünür:
●
sadə hüquqi faktlar;
●
mürəkkəb hüquqi faktlar.
Ə
gər mülki hüquq münasibətlərinin yaranması, dəyişməsi və ya xitam olunması üçün hüquqi-faktiki əsas ki-
mi təkcə bir hüquqi fakt çıxış edərsə, buna sadə hüquqi faktlar deyilir. Məsələn, daşıma müqaviləsi daşıyıcı
ilə yükgöndərən arasında daşıma hüquq münasibətinin, podrat müqaviləsi podratçı ilə sifarişçi arasında podrat
hüquq münasibətinin, kirayə müqaviləsi kirayəyə verənlə kirayəçi arasında kirayə hüquq münasibətinin və s.
ə
mələ gəlməsi üçün hüquqi fakt rolunu oynayır. Əsər barəsində müəlliflik hüquq münasibətinin əmələ gəlməsi
üçün əsəri yaratmaq kimi fakt kifayət edir. Təkcə bir hüquqi fakt olduüu üçün onlar sadə hüquqi faktlar adlanır.
Dostları ilə paylaş: |