110
●
ikincisi, sahibkarlıq fəaliyyəti əmtəələrin (işlərin, xidmətlərin) istehsalı özrə professional fəaliyyətdir;
●
üçüncüsü, sahibkarlıq fəaliyyəti təsərrüfat fəaliyyətinin qanunla qadaüan edilməyən bütün növləri, o cüm-
lədən məhsul istehsalı, satışı və xidmətlər göstərilməsi formasında həyata keçirilən müstəqil
təşə
bbüskarlıq fə
-
aliyyə
tidir;
●
dördüncüsü, sahibkarlıq fəaliyyətinin əsas məqsədi gəlir və ya mənfəət əldə etməkdən, yeni məhsul və
texnologiya yaratmaqdan ibarə
tdir;
●
beşincisi, sahibkarlıq fəaliyyəti risk xarakterinə malik olan fəaliyyətdir;
●
altıncısı, sahibkarlıq fəaliyyəti sahibkarın özünün cavabdehliyinə və əmlak məsuliyyətinə əsaslanan fəa-
liyyə
tdir.
Tam fəaliyyət qabiliyyətinə malik olan fiziki şəxslər müstəqil surətdə əmlak məsuliyyəti daşıyırlar. Belə ki,
onlar mülki hüquq pozuntusuna görə özlərinin əmlakı ilə cavab verirlər. Bu şəxslər başqa fiziki şəxsin şəxsiyyə-
tinə və ya əmlakına, habelə hüquqi şəxsin əmlakına və işgözar nüfuzuna zərər vurduqda, həmin zərərin əvəzini
tam həcmdə ödəyirlər.
On səkkiz yaşına çatması ilə fiziki şəxsin mülki fəaliyyət qabiliyyətli şəxs olması haqqında ümumi qaydadan
qanun iki halda istisnaya yol verir. Bu, o deməkdir ki, qanunun nəzərdə tutduüu iki halda on səkkiz yaşına çat-
masa da, fiziki şəxs tam mülki fəaliyyət qabiliyyətli şəxs statusu əldə edə bilər. Bu cür hallara aiddir:
●
emansipasiya halı (MM-in 28-ci maddəsinin 4-cü bəndi);
●
on səkkiz yaşına çatmamış fiziki şəxsin nikaha girməsi halı (MM-in 28-ci maddəsinin 6-cı bəndi).
Dostları ilə paylaş: