Emansipasiya dedikdə, 16 yaşlı həddi-buluüa çatmayan şəxsin mülki fəaliyyət qabiliyyətli şəxs elan
edilməsi başa düşülür. Bunun nəticəsində yetkinlik yaşına çatmayan şəxsə tam mülki-hüquqi status verilir.
Emansipasiya hadisəsinin əsl mahiyyəti də məhz bundan ibarətdir.
Emansipasiya haqqında qaydanın tətbiq edilməsi nəticəsində 16 yaşlı şəxs müstəqil surətdə istənilən müqa-
viləni bağlamaq, öz əmlakı özərində sərəncam vermək (satmaq, icarəyə vermək, kirayəyə vermək, bağışlamaq,
dəyişmək, əvəzsiz istifadəyə vermək, girov qoymaq və s.), qanunun yol verdiyi hər hansı əqdi bağlamaq, bir
sözlə, bütün mülki-hüquqi məsələlər barəsində sərbəst qərarlar qəbul etmək hüququ əldə edir. Hüquqi əhəmiy-
yəti və nəticəsi olan hərəkətlər edərkən o, valideynlərinin, övladlıüa götürənlərin və himayəçilərin razılıüını və
icazəsini almaüa borclu deyildir. Məsələn, on altı yaşlı şəxs öz babasının vəsiyyəti əsasında minik avtomobili
özərində mülkiyyət hüququ əldə edir. Bu şəxs emansipasiya nəticəsində tam mülki fəaliyyət qabiliyyətinə ma-
likdir. Buna görə də o, minik avtomobilini satarkən heç kəsin (valideynlərin, himayəçinin və s.) razılıüını almır.
Bu şəxsin avtomobili müstəqil surətdə istədiyi şəxsə satmaq ixtiyarı vardır. ×ünki o, emansipasiyalaşdırılmış
şə
xsdir.
Emansipasiya haqqında qaydanın tətbiq edilməsi iki cür hüquqi fakta (hüquqi tərkibə) əsaslanır. Yalnız qa-
nunda nəzədə tutulan həmin iki fakt müvcud olduüu halda müvafiq şəxs emansipasiyalaşdırıla bilər. Birinci
Dostları ilə paylaş: |