Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə350/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   346   347   348   349   350   351   352   353   ...   1820
5. Mülki yetkinlik yaşına çatmayan şəxsin nikaha girməsi  

Fiziki şəxsin fəaliyyət qabiliyyətinin tam həcmdə onun 18 yaşına çatması ilə əmələ gəlməsi haqqında ümumi 

qaydadan mülki qanunvericiliyin  yol verdiyi ikinci istisna hal mülki yetkinlik yaşına çatmayan şəxsin nikaha 

girməsidir. Bunun nəticəsində həddi-büluüa — 18 yaşına çatmayan şəxs tam həcmdə mülki fəaliyyət qabiliyyəti 

ə

ldə edir (MM-in 28-ci maddəsinin 6-cı bəndi). Mülki qanunvericiliyin nəzərdə tutduüu bu qayda ailədə və ni-



kahda ər və arvadın hüquq bərabərliyini təmin etməyə yönəlmişdir. Axı, ailə hüquq münasibətlərində qadınla 

kişinin hüquq bərabərliyi prinsipi ailə hüququnun əsas və fundamental prinsiplərindən biridir. 

Hər bir fiziki şəxsin ailə qurmaq, evlənmək — nikah hüququ vardır. Ailə qanunvericiliyi bu hüququn yaran-

ması  və  həyata  keçirilməsi  üçün  bir  sıra  şərtlər  müəyyən  edir.  Bunlara  nikahın  bağlanma  şərtləri  deyilir.  Bu 

şə

rtlərdən biri ailə qurmaq niyyətində olan şəxslərin minimum yaş həddinə çatmalarından ibarətdir. Söz yox ki, 



nikaha daxil olan fiziki şəxslər cismani, psixoloæi, mənəvi cəhətdən yetkin olmalıdırlar. Bu amilləri nəzərə ala-

raq, ailə qanunvericiliyi kişi cinsindən olan fiziki şəxslər üçün 18 yaş, qadın cinsindən olan fiziki şəxslər üçün 

isə 17 yaş müəyyən edir. Yalnız qanunda nəzərdə tutulmuş bu yaş həddinə çatdıqda ailə qurmaq hüququ yara-

nır. 


Bununla belə, ailə qanunvericiliyi on səkkiz yaşınadək fiziki şəxslərə bəzi müstəsna hallarda nigah münasi-

bətinə  girməyə,  ailə  qurmaüa,  evlənməyə  icazə  verir.  Belə  hallarda  nikah  yaşının  azaldılmasına  yol  verilir. 

Azərbaycan Respublikasının ailə qanunvericiliyi müəyyən edir ki, bəzi müstəsna hallarda rayon (şəhər) icra ha-

kimiyyəti orqanı nigah yaşını bir ildən çox olmayaraq azalda bilər. 

Ş

übhəsiz ki, bu cür müstəsna halların yaranması və nikah yaşının azaldılması müəyyən özrlü səbəblərlə bağlı 



olmalıdır. Amma ailə qanunvericiliyi həmin əsasları müəyyənləşdirmir və onların hər hansı bir siyahısını ver-

mir. Bu cür əsaslara həyatda bəzi hallarda rast gəlmək mümkündür: mülki yetkinlik yaşına çatmamış qızın uşaq 

doüması və ya hamilə olması; faktiki ailə-nikah münasibətlərinin yaranması; oülanın hərbi qulluüa çaüırılması 

və s.  


Nikah yaşının azaldılması və aşaüı salınması üçün göstərilən, habelə digər əsaslardan biri olduqda, maraqlı 

şə

xs rayon (şəhər) icra hakimiyyəti orqanına yazılı ərizə ilə müraciət edir. Nikah yaşının azaldılmasına şəxsin 



qanuni nümayəndəsinin icazə verməsi tələb olunmur. Ərizədə o, nikah yaşının azaldılmasına dəlalət edən əsas-

ları inandırıcı surətdə təsvir etməlidir. Həmin ərizəyə baxaraq, rayon icra hakimiyyəti orqanı nikah yaşının aşa-

üı salınması barədə müvafiq qərar qəbul edir. Həmin qərar əsasında nikah VVADQ orqanında qeydə alınır. Bu-



 

112


nunla on səkkiz yaşına çatmamış fiziki şəxs nikaha girmiş hesab olunur. Həmin vaxtdan etibarən o, tam fəaliy-

yət qabiliyyətli sayılır, yəni tam həcmdə mülki fəaliyyət qabiliyyəti əldə edir (nikah emansipasiyası). Bu yolla 

nikaha girən həmin şəxs mülki yetkinlik yaşına — on səkkiz yaş həddinə çatmasa da, nikah münasibətinə 


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   346   347   348   349   350   351   352   353   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin