fakt yetkinlik yaşına çatmayan şəxsin 16 yaşı tamam olmasından ibarətdir. Əgər şəxs on altı yaş həddinə
çatmazsa, onda emansipasiya haqqında qaydanın tətbiqi istisna edilir, mümkün olmur. Emansipasiyalaşdırma
üçün vacibdir ki, şəxsin on altı yaşı tamam olsun.
kinci fakt mümkün olan iki alternativ variantdan birini nəzərdə tutur. Birinci variant mülki yetkinlik
yaşına çatmayan şəxsin əmək müqaviləsi özrə işləməsindən ibarətdir. Bu halda söhbət on altı yaşı tamam ol-
muş həmin şəxsin əmək müqaviləsi özrə daimi iş (müvəqqəti iş yox) əsasında müstəqil qazanca (gəlirə) malik
olmasından gedir. Əmək müqaviləsi özrə işləməsi, yəni əmək müqaviləsində tərəf rolunda çıxış etməsi üçün
mülki yetkinlik yaşına çatmayan şəxsin əmək hüquq qabiliyyətli, habelə əmək fəaliyyət qabiliyyətli olması tə-
ləb olunur. Əmək hüquq qabiliyyəti və əmək fəaliyyət qabiliyyəti isə, bir qayda olaraq, şəxsin 15 yaşına çatma-
sı ilə yaranır (ƏM-in 42-ci maddəsinin 3-cü bəndi).
kinci variant mülki yetkinlik yaşına çatmayan şəxsin öz qanuni nümayəndəsinin və ya himayəzinin razı-
|