Mülki (əmlak) dövriyyədə subyekt rolunda çıxış etmək, öz hüquqlarını həyata keçirmək və qorumaq üçün
vacibdir ki, fiziki şəxs dəqiq olaraq digər fiziki şəxslərdən ayrılsın, seçilsin və fərqlənsin. Bu, fərdiləşdirmə va-
sitələri ilə həyata keçirilir. Fiziki şəxsin mülki (əmlak) dövriyyədə seçilməsini təmin edən əsas fərdiləşdirmə
132
vasitəsi iki cür olur:
●
fiziki şəxsin adı;
●
fiziki şəxsin yaşayış yeri.
Hər bir fiziki şəxsin ad hüququ vardır. O, mülki hüquq münasibətlərində özünün konkret müəyyən adı ilə çı-
xış edir. Ad hüququ fiziki şəxsin ən mühüm və vacib qeyri-əmlak hüquqlarından biridir. Şəxsiyyətin adının
yüksəkdə durması onun daxili aləminin zəngin olmasına dəlalət edir. Ad hüququ onun ayrılmaz atributlarından
biridir. Biz fəsillərin birində bu məsələyə geniş aspektdən toxunacaüıq.
Mülki hüquq münasibətlərinin iştirakçısı kimi fiziki şəxsin ayrılmasını və seçilməsini təmin edən fərdiləşdirmə
vasitələrindən biri onun yaşayış yeridir. Yaşayış yeri fiziki şəxsin daha dəqiq olaraq konkretləşdirilməsinə imkan
verir. Belə ki, yaşadığımız həyatda bəzən adı, atasının adı və soyadı eyni olan və üst-üstə düşən iki müxtəlif fiziki
şə
xsə təsadüf edirik. Amma yaşayış yerləri eyni olan və üst-üstə düşən iki müxtəlif şəxslə rastlaşmaq qeyri-müm-
kün hal sayılır.
Dostları ilə paylaş: