Fiziki şəxsin yaşamaüa adət etdiyi yer dedikdə, onun daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti
yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu cür yaşayış yerləri başa düşülür. Odur ki, fiziki şəxsin
daimi və ya daha çox yaşadığı yer, onun yaşayış yeri hesab olunur. Bu isə onu deməyə əsas verir ki, mülki
qanunvericilik fiziki şəxsin yaşayış yerinin müəyyən edilməsini, birincisi, onun daimi və ya ikincisi, daha çox
yaşadığı evlə, mənzillə və digər yaşayış yerləri ilə bağlayır. Məsələn, kənddən şəhərə işləməyə gələn vətəndaş
zavodun yataqxanasında qalır. Yataqxana onun yaşayış yeri hesab olunur. Alim Bakı şəhərinin Nizami küçəsin-
dəki 10 saylı evdə qalır. Həmin ev onun yaşayış yeri hesab edilir. Qoca yaşlı şəhər sakinini qocalar (ahıllar) evi-
nə verirlər. Həmin ev onun yaşayış yeri sayılır. Belə təsəvvür yaranır ki, fiziki şəxsin yaşayış yeri onun iş yeri
Dostları ilə paylaş: |