və əmlakının olduüu yerlə təyin edilmir.
Fiziki şəxsin daimi yaşadığı yer dedikdə, həmin şəxsin yaranmış şəraitə və vəziyyətə görə müəyyən bir
yerdə qərar tutması, yerləşməsi, yerini bərkitməsi, məskən salması başa düşülür. Fiziki şəxsin daimi yaşayış
yeri onun eyni bir yerdə həmişəlik möhkəmləndiyi evdir, mənzildir, yataqxanadır, qocalar və əlillər evidir və s.
Məsələn, Bakı şəhərində doüulub boya-başa çatan gənc Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirərək
Gəncə şəhərinə polis müstəntiqi vəzifəsinə təyin edilir. Gənc işləyərək özünə mənzil alır, bununla orada məskən
salır. Gəncə şəhərindəki həmin mənzil onun daimi yaşayış yeri sayılır. Gəncin doüulub boya-başa çatdığı, təhsil
aldığı və valideynlərinin yaşadığı Bakı şəhəri isə onun daimi yaşayış yeri hesab edilmir. Özü də fiziki şəxsin
daimi yaşadığı evdə mülkiyyətçi, kirayəçi və digər əsaslarla qalmasının məsələyə dəxli yoxdur. Məsələn, vətən-
daş uzaq Moskva şəhərinə işləməyə gedir və orada mənzil kirayəyə götürür. Onun Moskva şəhərində kirələdiyi
ev daimi yaşayış yeri hesab edilir.
Daimi yaşama fiziki şəxsin müvafiq yerdə hökmən uzun müddət yaşamasını ifadə etmir. Məsələn, yuxarıda-
kı misalda vətəndaşın Moskva şəhərində kirayəyə götürdüyü yaşayış evini onun daimi yaşayış yeri hesab etmək
üçün həmin vətəndaşın göstərilən şəhərdə uzun müddət yaşaması tələb olunmur. Məsələn, vacib deyil ki, vətən-
daş Moskva şəhərində vur-tut 1 il, 2 il və ya 3 il və s. qalsın.
Fiziki şəxslərin yaşadıqları həyat və göstərdikləri fəaliyyət elədir ki, onlar daim bir yerdə qərar tuta və məs-
kən sala bilmirlər. Belə ki, fiziki şəxslər bu və ya digər hallara görə bir yerdən başqa yerə hərəkət edərək müx-
təlif yerlərdə yaşayırlar. Buna görə də bu cür şəxslərin daimi yaşadığı bir yer olmur. Belə halda həmin şəxslərin
yaşayış yeri necə müəyyən olunur? Mülki qanunvericilik bu suala cavab verərək göstərir ki, göstərilən hallarda
Dostları ilə paylaş: |