nin qarşısını almaqdan ibarətdir. Ona görə də indiki dövrdə inkişaf etmiş bazar iqtisadiyyatı ölkələrində hü-
quqi şəxslərin yaradılmasının icazəvermə qaydasından istifadə olunur.
Qabaqcadan icazə almadan normativ üsul (normativ üsul) elə bir üsuldur ki, o, hüquqi şəxsin yaradılma-
sı üçün hər hansı bir üçüncü şəxsin, o cümlədən dövlət orqanının icazə (razılıq) verməsini nəzərdə tutmur. Bu
üsul hüquqi şəxsin yaradılması üçün dövlət orqanının qabaqcadan icazə (razılıq) vermək səlahiyyətini istisna
edir. Bu cür icazə qanunun normalarında ümumi formada nəzərdə tutulmuşdur ki, həmin normalar müxtə-
lif növlü hüquqi şəxslərin yaradılmasının bütün hallarına aiddir. Göstərilən üsulun adında «normativ» ifadəsinin
olması da məhz bununla əlaqədardır.
Amma təkcə qanun norması hüquqi şəxsin əmələ gəlməsi üçün kifayət etmir. Bunun üçün təsisçilərin təşəb-
büs göstərmələri lazımdır. Belə ki, təsisçilərin yaradılacaq hüquqi şəxsin təsis sənədini (nizamnaməsini) qeydə
almaq üçün səlahiyyətli orqanlara müraciət etməsi tələb olunur. Qeydə alan orqan yalnız hüquqi şəxsin yaran-
masının qanuniliyini yoxlayır: birincisi, hüquqi şəxsin təsis sənədlərinin qanuna uyüunluüunu; ikincisi, hüquqi
şə
xsin yaradılması üçün müəyyən edilmiş qaydaya əməl olunub-olunmamasını; üçüncüsü, yaradılan hüquq şəx-
sin məqsəd və xarakterinin qanunvericiliyin həmin təşkilati-hüquqi formadan olan qurumlara aid etdiyi ümumi
tələblərə uyüun gəlib-gəlməməsini. Bundan sonra həmin orqan hüquqi şəxsi qeydə alır. Hüquqi şəxsin yara-
Dostları ilə paylaş: |