Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə520/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   516   517   518   519   520   521   522   523   ...   1820
5. Hüquqi şəxslərin transfəaliyyət və transdelikt qabiliyyəti  

Transfəaliyyət qabiliyyəti hüquqi şəxslərin mülki hüquq subyektliyinin elementlərindən biridir. Mülki hüquq 

subyektliyi kimi mürəkkəb hadisənin mahiyyətinin açıqlanmasında bu element müəyyən rol oynayır.  

Transfəaliyyət qabiliyyəti dedikdə, hüquqi şəxsin öz hərəkətləri ilə başqa şəxslər üçün mülki hüquq və və-

zifələr yaratmaq qabiliyyəti başa düşülür. Bu cür qabiliyyətə hüquqi şəxsin nümayəndəlik (təmsilçilik) münasi-

bətinin subyekti olmaq imkanını misal çəkə bilərik. Söhbət hüquqi şəxslərin nümayəndə olmaq imkanından ge-

dir. Belə halda nümayəndə rolunda çıxış edən hüquqi şəxs tapşıran (vəkalət verən, təmsil olunan) adından, onun 

hesabına və onun mənafeyi üçün hüquqi hərəkətlər edir, üçüncü şəxslərlə əqd bağlayır. Özü də nümayəndənin 

hərəkətləri nəticəsində onun üçün yox, tapşıran (təmsil olunan) üçün mülki hüquq və vəzifələr yaranır. Hüquqi 

şə

xslər nümayəndə rolunda tapşırıq (MM-in 777-ci maddəsi), komissiya (MM-in 808-ci maddəsi), ticarət agenti 



(MM-in 789-cu maddəsi) kimi müqavilələrdə iştirak edə bilər. Məsələn, ticarət agenti müqaviləsinə görə, ticarət 

agentliyi  (hüquqi  şəxs)  tacirin  (tapşıranın)  mallarını  satmaq  əqdi  bağlayır.  Komissiya  müqaviləsinə  görə,  ko-

misyon mağaza (hüquqi şəxs) komitentin verdiyi malı satmaq üçün üçüncü şəxslərlə əqd bağlayır və s.  

Hüquqi şəxsin həm də transdelikt qabiliyyəti vardır. Transdelikt qabiliyyəti dedikdə, başqa şəxslərin hərəkət-

ləri nəticəsində əmələ gələn vəzifələri hüquqi şəxsin öz özərinə götürmək imkanı başa düşülür. Bu qabiliyyətə on 

dörd yaşınadək yetkinlik yaşına çatmayanın törətdiyi mülki hüquq pozuntusu üçün hüquqi şəxs hüquqlu tərbiyə, 

müalicə və s. müəssisələrin cavab vermək, məsuliyyət daşımaq imkanını misal göstərmək olar. Belə ki, qəyyum-

luüa möhtac olan on dörd yaşınadək azyaşlı müvafiq tərbiyə, müalicə və s. müəssisəyə verilə bilər. Əgər həmin 

azyaşlı əmlak zərəri vurarsa, onda göstərilən müəssisələr vurulmuş zərərin əvəzini ödəməyə borcludurlar (MM-in 

1103-cü maddəsinin 2-ci bəndi). 

Transdelikt  qabiliyyətinə  hüquqi  şəxsin  cəlb  olunmuş  üçüncü  şəxslərin  törətdiyi  hüquq  pozuntusuna  görə 

məsuliyyət daşımaq imkanını da misal göstərmək olar. Belə ki, hüquqi şəxs öhdəliyi (məsələn, yük daşıma öh-

dəliyini, podrat öhdəliyini və s.) icra etmək üçün digər şəxslər — üçüncü şəxslər cəlb edir. Məsələn, daşıyıcı 

(nəqliyyat təşkilatı) yükün daşınmasına digər nəqliyyat təşkilatı (üçüncü şəxs), ev tikən təşkilat (podratçı) çox-

mərtəbəli yaşayış evinin tikilməsinə digər tikinti təşkilatını — üçüncü şəxsi cəlb edə bilər. Belə halda hüquqi 

şə

xs öhdəliyi icra etməkdən ötrü cəlb olunmuş üçüncü şəxslərin hərəkətlərinə görə məsuliyyət daşıyır.  




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   516   517   518   519   520   521   522   523   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin