5. Hüquqi şəxslərin transfəaliyyət və transdelikt qabiliyyəti
Transfəaliyyət qabiliyyəti hüquqi şəxslərin mülki hüquq subyektliyinin elementlərindən biridir. Mülki hüquq
subyektliyi kimi mürəkkəb hadisənin mahiyyətinin açıqlanmasında bu element müəyyən rol oynayır.
Transfəaliyyət qabiliyyəti dedikdə, hüquqi şəxsin öz hərəkətləri ilə başqa şəxslər üçün mülki hüquq və və-
zifələr yaratmaq qabiliyyəti başa düşülür. Bu cür qabiliyyətə hüquqi şəxsin nümayəndəlik (təmsilçilik) münasi-
bətinin subyekti olmaq imkanını misal çəkə bilərik. Söhbət hüquqi şəxslərin nümayəndə olmaq imkanından ge-
dir. Belə halda nümayəndə rolunda çıxış edən hüquqi şəxs tapşıran (vəkalət verən, təmsil olunan) adından, onun
hesabına və onun mənafeyi üçün hüquqi hərəkətlər edir, üçüncü şəxslərlə əqd bağlayır. Özü də nümayəndənin
hərəkətləri nəticəsində onun üçün yox, tapşıran (təmsil olunan) üçün mülki hüquq və vəzifələr yaranır. Hüquqi
şə
xslər nümayəndə rolunda tapşırıq (MM-in 777-ci maddəsi), komissiya (MM-in 808-ci maddəsi), ticarət agenti
(MM-in 789-cu maddəsi) kimi müqavilələrdə iştirak edə bilər. Məsələn, ticarət agenti müqaviləsinə görə, ticarət
agentliyi (hüquqi şəxs) tacirin (tapşıranın) mallarını satmaq əqdi bağlayır. Komissiya müqaviləsinə görə, ko-
misyon mağaza (hüquqi şəxs) komitentin verdiyi malı satmaq üçün üçüncü şəxslərlə əqd bağlayır və s.
Hüquqi şəxsin həm də transdelikt qabiliyyəti vardır. Transdelikt qabiliyyəti dedikdə, başqa şəxslərin hərəkət-
ləri nəticəsində əmələ gələn vəzifələri hüquqi şəxsin öz özərinə götürmək imkanı başa düşülür. Bu qabiliyyətə on
dörd yaşınadək yetkinlik yaşına çatmayanın törətdiyi mülki hüquq pozuntusu üçün hüquqi şəxs hüquqlu tərbiyə,
müalicə və s. müəssisələrin cavab vermək, məsuliyyət daşımaq imkanını misal göstərmək olar. Belə ki, qəyyum-
luüa möhtac olan on dörd yaşınadək azyaşlı müvafiq tərbiyə, müalicə və s. müəssisəyə verilə bilər. Əgər həmin
azyaşlı əmlak zərəri vurarsa, onda göstərilən müəssisələr vurulmuş zərərin əvəzini ödəməyə borcludurlar (MM-in
1103-cü maddəsinin 2-ci bəndi).
Transdelikt qabiliyyətinə hüquqi şəxsin cəlb olunmuş üçüncü şəxslərin törətdiyi hüquq pozuntusuna görə
məsuliyyət daşımaq imkanını da misal göstərmək olar. Belə ki, hüquqi şəxs öhdəliyi (məsələn, yük daşıma öh-
dəliyini, podrat öhdəliyini və s.) icra etmək üçün digər şəxslər — üçüncü şəxslər cəlb edir. Məsələn, daşıyıcı
(nəqliyyat təşkilatı) yükün daşınmasına digər nəqliyyat təşkilatı (üçüncü şəxs), ev tikən təşkilat (podratçı) çox-
mərtəbəli yaşayış evinin tikilməsinə digər tikinti təşkilatını — üçüncü şəxsi cəlb edə bilər. Belə halda hüquqi
şə
xs öhdəliyi icra etməkdən ötrü cəlb olunmuş üçüncü şəxslərin hərəkətlərinə görə məsuliyyət daşıyır.
Dostları ilə paylaş: |