Sərəncamvermə elə bir üsuldur ki, bu üsul hüquqi şəxsin xüsusi dövlət qeydiyyatı olmadan təkcə təsisçinin
sərəncamı (qərarı) əsasında yaradılmasını nəzərdə tutur. Başqa sözlə desək, sərəncamvermə üsuluna görə təsis-
çinin qərarı (sərəncamı) hüquqi şəxsin yaradılması üçün kifayət edir və yetərlidir. Təsisçi rolunda əmlakın mül-
kiyyətçisi və ya buna ixtiyarı çatan səlahiyyətli orqan çıxış edə bilər.
Sərəncamvermə üsulunun mahiyyəti ondan ibarətdir ki, hüquqi şəxsin yaradılması barədə sərəncam kənar-
dan, qıraqdan — səlahiyyətli orqanlardan verilir. Hüquqi şəxs yaratmaq təşəbbüsü məhz bu orqana məxsusdur.
Özü də bu üsul hüquqi şəxsin dövlət qeydiyyatına alınmasını nəzərdə tutmur. O, dövlət qeydiyyatı prose-
durasını istisna edir.
Sovet dövründə hüquqi şəxs statuslu dövlət təşkilatları və müəssisələri məhz bu üsulla yaradılırdı. Bu isə tə-
sadüfi deyildi. Total dövlət mülkiyyətinin, komanda (sovet) iqtisadiyyatının, dövlət mülkiyyəti inhisarının möv-
cud olduüu bir şəraitdə hüquqi şəxslərin xüsusi dövlət qeydiyyatı olmadan səlahiyyətli dövlət orqanlarının qəra-
rı (sərəncamı) ilə yaradılması qaydası ön plana keçmişdi. Bazar iqtisadiyyatı şəraitində isə bu qayda hüquqi
şə
xslərin yaradılmasının əsas və başlıca üsulu sayılmır. Bu üsul öz yerini digər üsullara verir. Amma indiki
dövrdə həmin üsulun tamamilə öz əhəmiyyətini və rolunu itirməsi haqqında qəti fikir söyləmək olmaz. Belə ki,
müasir dövrdə çox nadir və epizodik hallarda sərəncamvermə üsulu ilə hüquqi şəxslər yaradıla bilər. Məsələn,
yerli özünüidarə orqanları bələdiyyə mülkiyyətində olan əmlakın bazası əsasında müəssisə, idarə və təşkilatlar
yarada bilər. Deməli, sərəncamvermə üsulu indiki dövrdə öz əhəmiyyətini və rolunu müəyyən dərəcədə saxla-
yır.
Sərəncamvermə üsulu üçün üç əsas mərhələ xarakterikdir: 1) təsisçi (mülkiyyətçi və ya səlahiyyətli orqan)
tərəfindən təşəbbüs (sərəncam) aktının verilməsi; 2) təşkilati iş (kadrların seçilməsi, vəsait ayrılması və s.); 3)
təsis sənədlərinin (nizamnamənin) təsdiq edilməsi.
Dostları ilə paylaş: |