dılmasının məqsədəuyüun olub-olmaması məsələsi həll edilmir. ×ünki o, normativ qaydada qanun əsasında
həll edilmişdir. Ona görə də mülki qanunvericilik hüquqi şəxsin yaradılmasının məqsədəuyüun olmaması müla-
hizələrinə görə qeydiyyatdan imtinaya yol verilməməsi haqqında qayda müəyyən
edir. Belə ki, hüquqi şəxs sta-
tusu almaq istəyən qurumun yaradılmasının məqsədəuyğun olmaması mülahizələrinə görə onun dövlət qeydiy-
yatına alınmasından imtinaya yol verilmir («Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında»
qanunun 11-ci maddəsinin 2-ci bəndi).
Həmin cəhəti ilə normativ üsul icazəvermə üsulundan fərqlənir. Belə ki,
icazəvermə üsulundan fərqli olaraq, normativ üsulla hüquqi şəxslərin yaradılmasının məqsədəmüvafiq olub-ol-
maması məsələsi mözakirə edilmir.
Bu üsullar başqa bir cəhəti ilə də bir-birindən fərqlənir. Icazəvermə üsulu özrə icazə aktı fərdi xarakter daşı-
yan hüquqtətbiqetmə aktıdır. Normativ üsul özrə icazə isə ümumi xarakterli normativ aktdır. Bu üsulları bir-
ləşdirən əsas cəhət isə ondan ibarətdir ki, həm icazəvermə, həm də normativ üsulla hüquqi şəxs əmələ gələrkən
hüquqi şəxsin yaradılması təşəbbüsü onun təsisçilərinə (özvlərinə, iştirakçılarına) məxsusdur. Ona görə də hə-
min üsulların hər ikisi eyni növ üsula — könüllü üsula daxil edilir.
Normativ üsulla hüquqi şəxsin yaradılması bir neçə mərhələni əhatə edir: 1) təsisçilərin təşəbbüs aktı; 2) təş-
kilati iş; 3) səlahiyyətli orqanın yoxlama (nəzarət) işi. Normativ üsulla hüquqi şəxsin yaradılmasının qanuniliyi
özərində nəzarət, əsasən, onun qeydiyyata alınması zamanı həyata keçirilir. Bu cəhət bəzi müəlliflərə həmin
üsulu «qeydiyyat üsulu» adlandırmaüa əsas verir. Bu mövqe həqiqətdən uzaqdır. Belə ki, ədliyyə orqanlarında
qeydiyyat istənilən hüquqi şəxsin həm icazəvermə, həm də normativ üsulla yaradılmasının yekun mərhələsidir.
Icazəvermə üsulu ilə hüquqi şəxslər yaradıldığı hallarda da, onlar hökmən qeydiyyata alınır.
Dostları ilə paylaş: |