Hüquqi şəxsin delikt qabiliyyəti dedikdə, onun öz hərəkətlərinə görə müstəqil surətdə mülki-hüquqi
məsuliyyət daşımaq qabiliyyəti başa düşülür. Söhbət hüquqi şəxsin hərəkətləri ilə vurulmuş əmlak (maddi)
zərərinə görə onun cavab vermək imkanından gedir.
Mülki hüquq elmində hüquqi şəxsin məsuliyyəti mübahisə doüuran məsələlərdən biridir. Bu barədə hüquq
ə
dəbiyyatı səhifələrində müxtəlif cür konsepsiya irəli sürülmüşdür.
Hələ kezən yözillikdə, 40-cı illərin axırlarında — 50-ci illərin əvvəllərində S.N.Bratus ilk dəfə olaraq hüqu-
qi şəxsin onun bütün işçilərinin hərəkətlərinə görə öz hərəkəti və öz təqsiri kimi məsuliyyət daşıması kon-
sepsiyasını əsaslandırır. Sonralar bu konsepsiyanı O.S.Ioffe, I.B.Novitski və başqaları öz elmi əsərlərində daha
da inkişaf etdirirlər. Həmin konsepsiya sovet dövrünün mülki qanunvericiliyində — köhnə 1964-cü il sovet
mülki məcəllələrində öz leqal ifadəsini tapır. RF-in, habelə Azərbaycan Respublikasının müasir qanunvericiliyi
də S.N.Bratusun əsaslandırıüı və irəli sürdüyü konsepsiyanı nəzərə almışdır.
Biz, bu konsepsiyaya qoşularaq qeyd edirik ki, hüquqi şəxsin mülki-hüquqi hərəkətləri onun orqanlarının (iş-
çilərinin) hərəkətlərində təzahür edir. Bu hərəkətləri hüquqi şəxsin orqanları (işçiləri) yerinə yetirir. Hər bir or-
qan (işçi) hüquqi şəxsin iradəsinin daşıyıcısıdır. Orqanların (işçilərin) hərəkəti hüquqi şəxsin özünün hərəkətləri
deməkdir. Onlar hüquqi şəxsin iradə və mənafeyinin ifadəçisidirlər. Madam ki, belədir, onda hüquqi şəxs öz or-
qanlarının (işçilərinin) hərəkətlərinə görə, onların vurduüu əmlak zərərinə görə məsuliyyət daşımalıdır, cavab
verməlidir.
Bizim ölkə qanunvericiliyi hüquqi şəxsin öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt) üçün
mülki-hüquqi məsuliyyət daşıması haqqında qayda nəzərdə tutur (MM-in 1099-cu maddəsi). Bu qaydaya görə,
hüquqi şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır. O, həmin işçinin
164
vurduüu zərərin əvəzini ödəməlidir. Amma bir şərtlə ki, bu zərər işçinin öz əmək (qulluq, mənsəb) vəzifələrinin
icrası zamanı vurulsun. Məsələn, tikinti-təmir müəssisəsinin bir neçə işçisi çoxmərtəbəli binanın 6-cı mərtəbə-
sindəki mənzili təmir edirlər. Onlar kobud ehtiyatsızlıüa yol verərək su kranını açıq qoyurlar. Su alt mərtəbədə-
ki mənzili basır və mebelləri, ev avadanlıqlarını, məişət predmetlərini tamam sıradan çıxardır. Hüquqi şəxs hü-
quqlu tikinti-təmir müəssisəsi öz işçilərinin hərəkəti ilə vurulmuş əmlak (maddi) zərərinin əvəzini ödəyəcəkdir.
Dostları ilə paylaş: |