Səlahiyyətin xarakterinə görə hüquqi şəxsin orqanları iki cür ola bilər:
●
idarəetmə orqanı;
●
nəzarət orqanı.
Idarəetmə orqanı dedikdə, hüquqi şəxsin fəaliyyətinə rəhbərlik edən ən azı iki fiziki şəxsdən ibarət qrup
başa düşülür. Bir qayda olaraq, bu orqan seçilir. Məsələn, müəssisənin idarə heyətini bu orqana misal göstər-
mək olar. Idarə heyəti müəssisənin fəaliyyətini təşkil edir, üçüncü şəxslərlə münasibətdə və müvafiq orqanlarda
onun mənafeyini təmsil edir. Idarəetmə orqanından ali idarəetmə orqanını fərqləndirmək lazımdır. Ali idarəet-
mə orqanı hüquqi şəxsin fəaliyyətinə aid bir sıra məsələlər özrə müstəsna səlahiyyətə malikdir. Məsələn, səhm-
darların (təsisçilərin) ümumi yıüıncaüı səhmdar cəmiyyətinin ali idarəetmə orqanı hesab edilir.
Nəzarət orqanı hüquqi şəxsin fəaliyyəti özərində nəzarət funksiyasını həyata keçirən orqandır. Özü də o,
kollegial orqandır. Məsələn, fəaliyyəti özərində nəzarət etmək məqsədilə səhmdar cəmiyyətində müşahidə şura-
sı (direktorlar şurası) yaradılır.
Dostları ilə paylaş: |